Bakıda fəaliyyət göstərən marketdə saxta alkoqollu içkilər aşkarlanıb
12 Oktyabr 2023 17:43
Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ev 139 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Amin Maaruf Okba oğluna məxsus "Kamran" marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 6 ədəd 1 litrlik və 11 ədəd 0.7 litrlik “Nemiroff Vodka”, 2 ədəd 1 litrlik, 1 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Olmeca Tequila Blanco”, 1 ədəd 0.7 litrlik “Olmeca Gold Tequila”, 1 ədəd 1 litrlik “Sierra Tequila”, 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik “Jagermeister” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi və orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Həmçinin içkilərə dair müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnsitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş