Belarusdan idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb
8 Aprel 2024 17:47

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində “Aznur” MMC-nin Belarus Respublikasından idxal etdiyi "Aqrokombinat Dzerjinskiy" MMC-nin istehsalı olan ümumi çəkisi 450 kq dondurulmuş bütöv toyuq məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər

İdxal olunan ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna keçirilən baxış zamanı aşkar korlanma (çürümə) halı aşkarlanıb, "Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə “Aflatoksin B1”in miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.

Türkmənistanda fəaliyyət göstərən müəssisədən pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, istehsalçı şirkətə məhdudiyyət tətbiq edilib və Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib. Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri pomidor, badımcan, bibər, tütün olub sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Virus beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

İdxalda aşkar olunan uyğunsuzluqla bağlı bəzi ölkələrin müvafiq qurumlarına bildirişlər göndərilib
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülür. Həmçinin Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
