Belarusdan idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb
23 İyun 2023 17:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
İdxalatçı şirkət “AFM Construction” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Ptizefabrika Qorodok”” MMC-nin istehsalı olan 7610.07 kq dondurulmuş toyuq məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Oxşar xəbərlər
İdxal olunan nektarin tingində Gavalının cibcibə virusu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nəzarət tədbirləri çərçivəsində “Aqro-Mədrəsə” ASC-nin Türkiyədən idxal etdiyi 12500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb. Laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən Gavalının cibcibə virusu (Şarka) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən, Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Normativ sənədlərin tələblərinə cavab verməyən BAQM məhv edilib
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları fiziki şəxs Bağırzadə Məlik Namik oğlu tərəfindən Türkiyədən idxal olunmuş, “Cosmoactive İlaç Anonim Şirketi”-inin istehsalı olan “Bilgam” TABLET N 30 (02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli, 26001 partiya nömrəli) əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (BAQM) nümunələr götürüb. Məhsulun etiket məlumatlarında Vitamin B12 göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
İdxal olunmuş çörək qırıntıları məhsulunda uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində “Premium Food Baku” MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi 2 ton təşkil edən çörək qırıntıları (panko) məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Laborator müayinələrin nəticələrinə əsasən, məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş