Beynəlxalq ekspert: HACCP-ın tətbiqi Azərbaycan şirkətlərinə beynəlxalq standartlara uyğun fəaliyyət imkanı yaradır
28 Aprel 2026 11:50
Qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Anna Vasylenko bildirib ki, HACCP qida təhlükəsizliyinin davamlı şəkildə təmin olunması və təhlükəsiz qida istehsalının təşkili baxımından ən effektiv və etibarlı mexanizmlərdən biridir. Onun sözlərinə görə, qida zəncirində fəaliyyət göstərən bütün müəssisələr üçün bu sistem təhlükələrin əvvəlcədən müəyyən edilməsi və idarə olunmasına imkan yaradır.
Qeyd olunub ki, HACCP-ın tətbiqi Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun fəaliyyət göstərməyə imkan yaradır. Bu isə yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına və ixrac potensialının genişlənməsinə töhfə verir.
Vasylenko həmçinin vurğulayıb ki, qida təhlükəsizliyi yalnız istehsal mərhələsi ilə məhdudlaşmır, bu proses obyektlərin düzgün planlaşdırılması, layihələndirilməsi və tikintisi mərhələsindən başlayır və qida zəncirinin bütün mərhələlərini əhatə edir. Bu kimi tədbirlər qida təhlükəsizliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması və tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz qidanın memarlığı” mövzusunda konfrans çərçivəsində HACCP (Təhlükələrin Təhlili və Kritik Nəzarət Nöqtələri) sisteminin əhəmiyyəti əsas müzakirə mövzularından biri olub.
Oxşar xəbərlər
AQTA nümayəndə heyəti Rusiyada səfərdədir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələrindən ibarət heyət Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyindəki Baytarlıq Sanitariyası, Gigiyena və Ekologiya üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunda (FGBU “VNİİZJ”) olublar. Görüşdə FGBU “VNİİZJ”in fəaliyyət istiqamətləri, o cümlədən heyvan xəstəlikləri törədicilərinin öyrənilməsi, ştammlar əsasında vaksinlərin hazırlanması və tətbiqi barədə məlumat verilib. Tərəflər kənd təsərrüfatı heyvanları arasında yayılan transsərhəd xəstəliklərin, xüsusilə dabağın profilaktikası və diaqnostikası məsələlərini müzakirə ediblər. Görüş çərçivəsində Azərbaycan və Rusiya mütəxəssisləri arasında baytarlıq təbabəti və bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri də müzakirə olunub.
İxracatçıların diqqətinə: Beynəlxalq fitosanitar tələblərə ciddi əməl edilməlidir
Azərbaycanın bitkiçilik məhsullarının ixracı uğurla davam edir. Hazırda ölkəmizdən dünyanın 39-dan çox ölkəsinə müxtəlif bitkiçilik məhsulları ixrac olunur. İxrac dinamikasında müşahidə olunan müsbət artım Azərbaycan məhsullarına beynəlxalq bazarlarda artan etimadın göstəricisidir. İxracın davamlı inkişafı və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün ixracatçıların fitosanitar tələblərə ciddi əməl etməsi vacibdir. Bitkiçilik məhsulları, onların qablaşdırılması, etiketlənməsi və daşınması beynəlxalq standartların və idxalçı ölkələrin müəyyən etdiyi tələblərə uyğun olmalıdır. Ölkəmizdə ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar baxış keçirilir, laborator və vizual yoxlamalar aparılır. Tələblərə uyğun məhsullar müvafiq fitosanitar sertifikatla təmin edilir və ixracına icazə verilir. İxracatçıların diqqətinə çatdırırıq ki, məhsul partiyaları formalaşdırılarkən məhsulun mənşəyi və ilkin istehsalçısı barədə məlumatlar düzgün bəyan edilməli, çeşidləmə keyfiyyətlə aparılmalı, aqrotexniki və aqrokimyəvi qulluq qaydalarına riayət edilməli, məhsullar idxalçı ölkələrin fitosanitar və keyfiyyət tələblərinə tam cavab verməlidir. Xüsusilə qeyd edirik ki, ixrac zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına əsasən təsdiq edilmiş Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standarta (ISPM 15) uyğun emal edilməli və müvafiq nişanla markalanmalıdır. Bütün ixracatçıları beynəlxalq fitosanitar standartlara və milli qanunvericiliyin tələblərinə məsuliyyətlə əməl etməyə çağırırıq. Tələblərə riayət edilməsi Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, yeni ixrac imkanlarının yaranmasına və ölkəmizin etibarlı ticarət tərəfdaşı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Link:
Meyvə bağlarında Gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər həyata keçirilib
Milli Monitorinq Planı çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin müfəttişləri tərəfindən Qəbələ rayonunun Ovcullu kəndində yerləşən “Green Harvest Co” MMC və Oğuz rayonunda fəaliyyət göstərən “Oğuz Meyvə Bağları” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı nektarin bitkilərindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanıb. Zərərli orqanizmin yayılmasının qarşısının alınması və fitosanitar sabitliyin qorunması məqsədilə hər iki təsərrüfatda müvafiq fitosanitar tədbirlər həyata keçirilib. Daha sonra təsərrüfatlarda təkrar fitosanitar monitorinq aparılıb və götürülmüş nümunələr laborator müayinəyə təqdim edilib. Aparılan müayinələrin nəticələrinə əsasən, nümunələrdə Gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanmayıb. AQTA təsərrüfat subyektlərini fitosanitar müşahidələri mütəmadi davam etdirməyə, mövcud fitosanitar tələblərə ciddi əməl etməyə, bitkilərdə virusa xas əlamətlər müşahidə edildikdə isə dərhal Agentliyin aidiyyəti regional bölmələrinə məlumat verməyə çağırır. Erkən aşkarlanma və vaxtında həyata keçirilən fitosanitar tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasında və məhsuldarlığın qorunmasında mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu kimi bitki virusları və zərərvericilər insan sağlamlığı üçün təhlükə yaratmır, lakin kənd təsərrüfatına və iqtisadiyyata zərər vura bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş