Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub
26 İyul 2024 18:22
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin müasir tələblərə uyğunlaşdırılması, maddi-texniki bazanın modernləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Qeyd olunub ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki bu laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğurla iştirak edir.
Görüşdən sonra bioloji aktiv qida məhsulunun idxalı ilə məşğul olan sahibkarlar tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun Nümunələrlə iş şöbəsi, Kompleks Tədqiqatlar Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçiriblər. Qonaqlara həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verilib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət çəkilib. Müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirildiyi vurğulanıb.
İştirakçılar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə, yerindəcə müşahidə ediblər. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş