“Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi çərçivəsində növbəti görüş keçirilib
14 İyul 2021 17:55
Kodeks Alimentarius Milli Komissiyasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən irəli sürülən “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” (Kodeks Etimad Fondu 2A (GCP/GLO/893/MUL) layihəsi çərçivəsində növbəti görüşü keçirilib.
Videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida Nəzarəti Departamenti nəzdində olan Türkiyə Milli Kodeks Komitəsinin, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri iştirakı edib.
Görüş zamanı layihə haqqında qısa məlumat verilib. Daha sonra Türkiyə ilə müvafiq sahədə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər və növbəti atılacaq addımlar müzakirə olunub.
Bildirilib ki, milli alt komitələrin yaradılması, Kodeks mətnlərindən milli səviyyədə istifadə edilməsi üzrə Türkiyə təcrübəsinin bölüşülməsi, Azərbaycan Milli Kodeks komandasına birbaşa məsləhət verilməsi, müvafiq istiqamətlər üzrə online və ya fiziki formatda təlimlərin keçirilməsi, eləcə də təcrübə mübadiləsi aparmaq üçün qarşılıqlı təlim səfərlərinin təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindəndir.
Qeyd edək ki, Kodeks Alimentarius Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş, 189 (188 üzv ölkə və bir təşkilat – Avropa İttifaqı) üzvü olan hökumətlərarası orqandır. Azərbaycan Respublikası 2011-ci ildən bu Komissiyanın üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu təyin edilib.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş