Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə AQTA əməkdaşları Şuşa şəhərinə səfər edib
24 İyun 2024 09:56










Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin bir qrup əməkdaşı Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər.
Agentliyin Həmkarlar Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində əməkdaşlar tarixi və mədəni abidələri ziyarət edib, Şuşada Cıdır düzü, M.P.Vaqif məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalası, Laçın rayonunun gəzməli-görməli yerlərində olublar. Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin tarixi, coğrafi, mədəni irsi və Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən göstərilən şücaət haqqında geniş məlumat verilib, şəhid və qazilərimizə böyük hörmət və ehtiram ifadə olunub.
Qeyd edək ki, işçilərin asudə vaxtlarının səmərəli keçirilməsi baxımından Agentliyin Birləşmiş Həmkarlar Komitəsi tərəfindən mütəmadi olaraq bu kimi tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər

Biləsuvarda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, Nağıyev Samir Nizami oğluna məxsus topdansatış anbarında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 32 ədəd 0.5 litrlik və 18 ədəd 1 litrlik “Belaruska” əmtəə nişanlı, 140 ədəd 1.75 litrlik “Bio Luks” əmtəə nişanlı, 80 ədəd 0.5 litrlik “Belaya Rus” əmtəə nişanlı saxta alkoqollu içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.

İdxal olunan ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna keçirilən baxış zamanı aşkar korlanma (çürümə) halı aşkarlanıb, "Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə “Aflatoksin B1”in miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.

AQTA-da Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turniri keçiriləcək
Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında minifutbol turniri təşkil olunacaq. 2025-ci il 3 may – 21 iyun tarixlərini əhatə edəcək oyunlarda Agentliyin qurumlarını təmsil edən 12 komandanın iştirakı nəzərdə tutulur. Qrup mərhələsində qarşılaşacaq komandalar püşkatma mərasimində müəyyənləşib. Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçiriləcək turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılmasıdır.
