7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Artıq altıncı dəfə qlobal səviyyədə qeyd olunan xüsusi günün builki fəaliyyət planı “Qida təhlükəsizliyi: gözlənilməz hallara hazır ol” şüarı üzərində qurulub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında maarifləndirici aksiya və flaş-mob keçirilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının Paris şəhərində keçirilən 91-ci Ali Baş Sessiyasında ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi elan olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən “Buğda ununa dair sanitariya norma və qaydaları” və “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıqlarına dair yeni videoçarx hazırlanıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş arasında görüş keçirilib.
Bakıda 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri işə başlayıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Giriş