Fəaliyyəti məhdudlaşdırılan müəssisələrdə sağlamlaşdırma işləri davam edir
16 Sentyabr 2025 10:45
Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 53 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 9 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 6-sı tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.
Sözügedən müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Obyekt |
Fəaliyyət ünvanı |
Sağlamlaşdırma işləri |
|
1 |
Əzizov Elşən Qıtan oğlu |
“Naftalan İstirahət Mərkəzi” |
Kürdəmir rayonu, Xırdapay kəndi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
2 |
Şirinov Çingiz Əzizağa oğlu |
kafe |
Zərdab şəhəri, H.Əliyev prospekti |
Sağlamlaşdırılma işləri davam edir |
|
3 |
Məmmədli Elşən Gündüz oğlu |
yeməkxana |
Göyçay rayonu, Cəyirli kəndi |
Sağlamlaşdırılma işləri davam edir |
|
4 |
Cabbarlı Namiq Aqil oğlu |
“Food-X” dönərxanası |
Göyçay şəhəri, H.Əliyev prospekti |
Sağlamlaşdırılma işləri davam edir |
|
5 |
Mirzalıyev Namiq Həmdiyyə oğlu |
kafe |
Ağdaş şəhəri, M.İsayev küçəsi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
6 |
Rzayev Firdovsi Musa oğlu |
kafe |
Yevlax şəhəri H.Əliyev prospekti, ev 79 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
7 |
İsmayılov Ramiz Mustafa oğlu |
“Nuşi-Can” kafesi |
Mingəçevir şəhəri, Ərəş küçəsi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
8 |
Məmmədov Nəsib Hümmət oğlu |
dönərxana |
Mingəçevir şəhəri, Nizami küçəsi, ev 13 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
9 |
Məmmədov Nəsib Hümmət oğlu |
dönərxana |
Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 1 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
Oxşar xəbərlər
AQTİ-nin səyyar laboratoriyası bal yarmarkasında fəaliyyət göstərir
Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada Azərbaycanın 52 rayonundan 270-ə yaxın fermerin istehsal etdiyi 100 tondan çox arıçılıq məhsulu satışa təqdim olunur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılan bal və digər arıçılıq məhsullarından 584 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında müayinələrə cəlb edilib. Yalnız keyfiyyət göstəriciləri müəyyən edilmiş standartlara uyğun olan məhsulların yarmarkada satışına icazə verilib. Bununla yanaşı, yarmarka müddətində AQTİ-nin səyyar qida laboratoriyası arıçılıq məhsullarının müayinəsi ilə bağlı vətəndaşlara xidmət göstərir. İstehlakçılar aldıqları balın keyfiyyətini yoxlatmaq və məhsulun təhlükəsizliyinə əmin olmaq məqsədilə onu səyyar laboratoriyaya təqdim edə bilərlər. Qeyd edək ki, yarmarkanın əsas məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçılarla istehlakçılar arasında birbaşa əlaqəni təşviq etmək və əhalinin keyfiyyətli yerli bala əlçatanlığını təmin etməkdir. Video link:
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Yevlax şəhərlərində və Saatlı rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitariya-gigiyena, işçi masalarda sanitariya tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
AQTA sədri Ağdamda vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 11-i saat 11:00-da Ağdam şəhər Muğam Mərkəzində Xankəndi şəhəri və Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 10-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş