Fevralın 21-də Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
30 Yanvar 2025 12:37

Fevralın 21-i saat 14:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 20-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Ünvan: Ağstafa rayon Heydər Əliyev Mərkəzi
Oxşar xəbərlər

Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
Mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Kompleks Tədqiqatlar Laboratoriyasından yüksək nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında iştirak edib. Laboratoriyanın yüksək ixtisaslı mütəxəssisləri yemlərdə xam protein, yağ, sellüloza, xlorid turşusunda həll olmayan kül, xam kül və nəmliyin təyini və baytarlıq preparatlarında sterilliyin təyini üzrə aparılan səriştəlilik sınaqlarında uğurlu nəticələr göstərib. Kompleks Tədqiqatlar Laboratoriyası bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standards” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr nümayiş etdirib. Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitkilər üçün pestisid və gübrələrin, eyni zamanda qida ilə təmasda olan bütün maddə və materialların tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Laboratoriyada qabaqcıl texnologiyalar tətbiq olunur, kadrlar mütəmadi olaraq təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

"Asenat" MMC-yə məxsus su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub. Baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
