Gəncədə fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlandı
3 Mart 2025 09:24






Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Gəncə şəhəri, T.Arani və Kimyaçılar küçələrinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Verdiyev Bəhruz Vüqar oğluna məxsus məntəqədə dana əti adı altında satışa çıxarılan ətdən götürülmüş nümunələrin müayinəsi nəticəsində camış DNT-si və E.coli bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər

İdxal olunan yem əlavəsi partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Provet Solutions" MMC-nin Türkiyədən idxal etdiyi 208 ədəd 1 litrlik, 14 ədəd 25 litrlik “Aven Elektro Plus” əmtəə nişanlı yem əlavəsi məhsul partiyasından Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində manqan (Mn), mis sulfatın (Cu) və sink sulfatın (Zn) göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qəbul edilmiş qərar əsasında məhsul partiyası məhv edilib.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Riu-Qrandi-du-Sul regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir
AQTA tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb. Azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinə yönəldilməklə ilkin mərhələdə “peyvəndləmə ilə azad” status alınması istiqamətində epizootoloji, diaqnostik, logistik və s. tədbirlər həyata keçiriləcək və bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır. Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı ancaq heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən, bu mümkün olmadığı halda isə həmin ölkələrin beynəlxalq tələblərə uyğun standartlar əsasında sağlamlıq statusu tanınmış regionlarından həyata keçirilir. Qeyd olunan heyvan xəstəliklərindən azad status alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.
