Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
5 Noyabr 2026 09:25
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır.
Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir.
Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir:
- tanış olmayan və şübhəli olan göbələklərin yığılması;
- qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi;
- aşağı keyfiyyətli qablaşdırmadan istifadə;
- göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi;
- göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması;
- göbələklərin spirtli içkilərlə birlikdə istehlakı.
Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir.
Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır.
Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib
14–25 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə ərazisində arı xəstəliklərinə qarşı epizootoloji monitorinq keçirilib. Respublika üzrə 61 rayon və şəhəri, həmçinin 279 kənd və qəsəbəni əhatə edən tədbirlər çərçivəsində ümumilikdə 842 arıçılıq təsərrüfatında 21522 arı ailəsinin klinik vəziyyəti qiymətləndirilib. Monitorinqdə arılardan və pətəklərdən laborator müayinələr üçün 846 diaqnostik nümunə götürülüb. Eyni zamanda, təsərrüfat sahibləri arasında xəstəliklərin profilaktikası, biotəhlükəsizlik tədbirləri və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması ilə bağlı maarifləndirmə işləri aparılıb. Götürülmüş nümunələrə dair epizootoloji məlumatlar “Epicollect5” elektron məlumat bazasına daxil edilib. Aparılan laborator müayinələrin nəticələrinə əsasən, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, Tropilaelaps gənələri və varroatoz xəstəliklərinə yoluxma halı qeydə alınmayıb.
AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə tədbirləri ilə bağlı videoçarx hazırlanıb. Agentlik əhalini 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan vuran zərərverici ilə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığının qışlama dövründə aşkar edilərək məhv edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə mübarizə tədbirlərinin aparılması zərərvericinin sayının azaldılmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına imkan verir. Daha ətraflı:
Sağlam arıqlama balanslı qidalanma və müntəzəm fiziki aktivlikdən asılıdır
Sosial şəbəkələrdə “möcüzəvi arıqlama” vəd edən məhsulların piyləri əritdiyinə və qalıcı nəticə verdiyinə dair iddiaların elmi əsası yoxdur. Belə vasitələrdən istifadə zamanı tərəzidə müşahidə olunan çəki azalması piy kütləsinin deyil, əsasən bədəndəki suyun və əzələ kütləsinin itirilməsi ilə bağlı ola bilər. AQTİ-nin Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, diyetoloq İlqar Şamilov bildirir ki, elmi sübutlarla təsdiqlənməyən bu məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi risklər yarada bilər. Buna görə də qısa müddətdə arıqlama və ya orqanizmin tam təmizlənməsi vəd edən reklamlara aldanmaq olmaz. Bu cür məhsullardan istifadə etməzdən əvvəl onların tərkibi, istehsalçısı və təhlükəsizlik göstəriciləri mütləq yoxlanılmalıdır. Yalnız məşhurların tövsiyələrinə və sosial şəbəkələrdə paylaşılan “əvvəl və sonra” fotolarına inanaraq qərar vermək düzgün deyil. Arıqlama çayları sağlam həyat tərzini və fiziki aktivliyi əvəz etmir. Sağlamlığınızı qoruyun, sürətli nəticə naminə riskə getməyin!
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş