Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
4 Noyabr 2025 15:34
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Foreign Fruit” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Yunion Export 2024” müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib.
Sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb.
Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhərində, eləcə də Abşeron-Xızı Regional Bölməsinin əhatə etdiyi Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ərzaq bazarlarının sahibləri ilə görüş keçirilib. Görüşdə Agentlik tərəfindən ərzaq bazarlarında aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, onların aradan qaldırılması istiqamətində sahibkarlar tərəfindən görülməli işlər və sağlamlaşdırma tədbirləri barədə məlumat verilib. Sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, AQTA tərəfindən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinin təmin edilməsi istiqamətində sahibkarlara zəruri metodiki dəstək göstəriləcək. Görüşdə sahibkarların diqqətinə çatdırılıb ki, ərzaq bazarlarının infrastrukturunun qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, həmçinin bazarlara qəbul edilən və istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməlidir. Sahibkarlara görülmüş işlərin nəticələri barədə AQTA-ya məlumat vermələri tapşırılıb. Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı yeni qaydalar
Koksidiostat və ya histomonostatlar heyvanlarda bəzi parazitar xəstəliklərin qarşısının alınmasında istifadə olunan maddələrdir. Bəzən bu maddələr yemə məqsədli şəkildə əlavə edilməsə də, istehsal zamanı çarpaz çirklənmə nəticəsində yemə, daha sonra isə heyvan mənşəli qida məhsullarına keçə bilər. Yeni sanitariya norma və qaydaları məhz belə hallarda qida məhsullarında yol verilən maksimum qalıq miqdarlarını müəyyən edir. Qaydalar 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Məqsəd insan sağlamlığının qorunması və heyvan mənşəli qidaların təhlükəsizliyinin təmin edilməsidir. Bu qaydalar yemə məqsədli şəkildə əlavə olunan koksidiostat və histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum qalıq miqdarlarına şamil edilmir.
AQTA-nın idxal-ixrac əməliyyatları üzrə göstərdiyi elektron xidmətlər daha da təkmilləşdirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Elektron xidmətlər vasitəsilə idxal və ixrac əməliyyatları üzrə müraciətlərin qəbulu, tələb olunan sənədlərin təqdim edilməsi, müraciətlərin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatlandırma tam rəqəmsal mühitdə həyata keçirilir. Beləliklə, sahibkarlar müvafiq xidmətlərdən məsafədən istifadə etmək imkanı əldə edib, sənədləşmə prosesi isə daha sadə və operativ olub. Elektron xidmətlərin istifadəyə verilməsi ilə müraciətin qəbulundan yekun qərarın rəsmiləşdirilməsinədək bütün mərhələlərin sistem üzərindən izlənilməsi təmin edilib. Dövlət rüsumları və laborator xidmət haqları elektron qaydada ödənilir, sertifikatlaşdırma prosesləri isə rəqəmsal mühitdə aparılır. Bu yanaşma təmasları minimuma endirir, subyektiv müdaxilə imkanlarına yol vermir və qərarların qəbulunda şəffaflığı artırır. Sistem idxal və ixrac olunan məhsullara nəzarətin risk əsaslı yanaşma üzrə təşkilinə də imkan verir. Məhsulun növü və mənşə ölkəsi, istehsalçı və ixracatçı müəssisə, əvvəlki nəzarət və laborator müayinələrin nəticələri, aşkar edilmiş uyğunsuzluqlar və digər risk göstəriciləri elektron qaydada təhlil olunur. Bunun əsasında nəzarət tədbirləri daha dəqiq və məqsədyönlü planlaşdırılır. Elektron xidmətlərin tətbiqi sahəsində AQTA tərəfindən idxal və ixrac əməliyyatlarının icra müddətinin qısaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və sahibkarlar üçün bərabər xidmət mühitinin yaradılmasına şərait yaradır. Eyni zamanda, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətin səmərəliliyi artırılır. Qeyd edək ki, AQTA elektron xidmətlərin funksional imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və bu elektron tətbiq idxal və ixrac əməliyyatlarında çevikliyin və şəffaflığın artırılması, sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş