Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA ictimai iaşə müəssisələrində mənşəyi məlum olmayan ət məhsullarının istifadəsinə qarşı nəzarəti gücləndirib
AQTA ictimai iaşə müəssisələrində mənşəyi məlum olmayan ət məhsullarının istifadəsinə qarşı nəzarəti gücləndirib

Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. Qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bununla bağlı AQTA tərəfindən ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb. Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür. Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.

AQTİ tərəfindən “Chinar” restoranına “5 ulduz” sertifikatı təqdim edilib
AQTİ tərəfindən “Chinar” restoranına “5 ulduz” sertifikatı təqdim edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar” restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana “5 ulduz” sertifikatı təqdim olunub. “Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.  Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri info@afsi.gov.az elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. Müraciət daxil olduqdan sonra AQTİ tərəfindən 30 gün müddətində müəssisədə qiymətləndirmə aparılır və 10 iş günü ərzində sahibkara nəticələrlə bağlı rəsmi bildiriş təqdim olunur. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, obyektlərə 1 il müddətinə sertifikat verilir. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Sahibkarlıq subyektlərinə xəbərdarlıq edildi
Sahibkarlıq subyektlərinə xəbərdarlıq edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edir. Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlıq subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməlidir. Qanuna əsasən, göstərilən tələblər iri sahibkarlıq subyektlərində 2024-cü il 30 iyun, orta və kiçik sahibkarlıq subyektləri üçün 2026-cı il 30 iyun tarixindən qüvvəyə minir. Belə ki, artıq 2024-cü il 30 iyun tarixindən etibarən Agentlik tərəfindən iri sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır və tətbiq olunmayan müəssisələrdə qanunvericilik çərçivəsində zəruri tədbirlər görülür.  Orta və kiçik sahibkarlıq subyektlərinin diqqətinə çatdırırıq ki, müəssisələrdə HACCP sisteminin tətbiqi mütləqdir. AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılacaq və aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görüləcəkdir. Qeyd edək ki, sistemin tətbiqi qida obyektlərində təhlükəsiz qida istehsalına və emalına zəmanət verir, həmçinin istehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəblərin aradan qaldırılmasını təmin edir.

Zərərvericiyə qarşı birgə mübarizə: AQTA əməkdaşları Zaqatalanın 7 kəndində əhali ilə görüşlər keçirib
Zərərvericiyə qarşı birgə mübarizə: AQTA əməkdaşları Zaqatalanın 7 kəndində əhali ilə görüşlər keçirib

AQTA Aparatının, eləcə də regional bölmələrin 60-a yaxın əməkdaşı Zaqatalanın kəndlərində Qəhvəyi mərmər bağacığı ilə mübarizə və maarifləndirmə tədbirlərinə cəlb olunub. Rayona ezam olunan Agentlik əməkdaşları Zaqatalanın 7 kəndində monitorinq və əhali ilə birgə mübarizə tədbirləri həyata keçiriblər. Tədbirdə payız-qış mövsümündə zərərvericiyə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA-a əməkdaşları sakinlərlə birgə zərəvercinin qışlama üçün yuva saldığı yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb və çap materialları təqdim ediblər. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri tədbirlərə dəstək veriblər. Qeyd olunub ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir. Beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunduğu vurğulanıb. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan da hazırlanır. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər. Əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və vətəndaşların birgə fəaliyyəti nəticəsində bu zərərverici təhlükəsi minimuma endiriləcək. Hər bir vətəndaşımızın bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib