İdxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb
10 Oktyabr 2025 11:37
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Türkiyə Respublikasından "Ersağ Azərbaycan" MMC -nin idxal etdiyi, “Ersağ Bitkisel Sağlık Gıda LTD.ŞTI TÜRKİYƏ” müəssisəsinin istehsalı olan ümumi sayı 90 ədəd olmaqla “Ersağ Multivitamin, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu və “Alfa Nuts” MMC-nin idxal etdiyi, “Sns Gıda Kozmetik Ticaret ve Sanayi LTD ŞTİ” müəssisəsinin istehsalı olan ümumi çəkisi 100 kq olmaqla “Çikolatalı fındık bitter ezmeli Hindistan cevizli” əmtəə nişanlı lokum məhsulu partiyalarından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyaları məhv edilib.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş