İdxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb
6 Sentyabr 2024 15:12
Son dövrlər ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ekspertizası zamanı məhsulların tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması, o cümlədən bir bioloji aktiv qida məhsulunun tərkibində qadağan olunmuş inqrediyent (tadalafil) aşkarlanması müəyyən edilib.
Bununla bağlı, uyğunsuzluq müəyyən edilən istehsalçı müəssisələrin 2024-cü il 9 sentyabr tarixindən etibarən həmin məhsullarının ixracının məhdudlaşdırılması və sertifikatlaşdırılmanın dayandırılması, eyni zamanda bu müəssisələrdə həyata keçiriləcək sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilməsi məqsədilə istehsalçı ölkələrin müvafiq qurumuna rəsmi qaydada müraciət olunub.
|
Tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçıları |
||
|
№ |
İstehsalçı şirkət |
Sınaq nəticələri uyğunsuz olan nümunə sayı |
|
1 |
İlaçsan Medical Sanayi Ve Dış Ticaret Limited Şirketi, Türkiyə Cümhuriyyəti |
16 |
|
2 |
Aspar İlaç Kozmetik Gıda Sanayi A.Ş., Türkiyə Cümhuriyyəti |
15 |
|
3 |
Unirex Healthcare Sağlık San. ve Dış.Tic. Ltd. Şti., Türkiyə Cümhuriyyəti |
11 |
|
4 |
Pharmanor İlaç San. Tic. Ltd. Şti, Türkiyə Cümhuriyyəti |
11 |
|
5 |
ENSA MNS Gida Takviyeleri Üretim ve Araştırma Merkezi, Türkiyə Cümhuriyyəti |
9 |
|
Tərkibində qadağan olunmuş inqrediyent aşkarlanması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçısı |
||
|
№ |
İstehsalçı şirkət |
Sınaq nəticələri uyğunsuz olan nümunə sayı |
|
1 |
"Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. Ve Tic. Ltd. Şti", Türkiyə Cümhuriyyəti |
1 |
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş