İdxal olunan bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib
19 Fevral 2026 12:11
Nəzarət tədbirləri çərçivəsində “Beneva” MMC-nin Hindistandan idxal etdiyi “JMB Pharmaceutıcals” müəssisəsinin istehsalı olan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.05.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) müayinələrə cəlb olunub.
Sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul edilərək məhv edilib.
Oxşar xəbərlər
Saxta alkoqollu içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə nəzarət tədbirlərini davam etdirir.
Antisanitar şəraitdə kvas istehsal edən müəssisə ilə bağlı tədbir görülüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elbrus oğluna məxsus alkoqolsuz içki (kvas) istehsalı müəssisəsində yoxlama keçirib.
Şəki-Zaqatala regionunda Amerika ağ kəpənəyinə qarşı fitosanitar monitorinqlər aparılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsi tərəfindən regionun inzibati ərazi vahidlərində karantin tətbiq olunan zərərverici – Amerika ağ kəpənəyinin yayılma arealının müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması məqsədilə mütəmadi fitosanitar monitorinqlər həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş