İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi
21 Yanvar 2025 16:47
Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
Uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
|
№ |
Məhsulun adı |
Məhsulun miqdarı |
İdxalçı |
Mənşə ölkəsi |
İstehsalçı |
Məhsul partiyası/seriya nömrəsi, istehsal və son istifadə tarixi |
|
1 |
Toxumluq kartof |
40800 kq |
Fiziki şəxs Qaçabəyova Nayida İbrət qızı |
Rusiya Federasiyası |
OOO "Vesna" |
Partiya 1 2024 |
|
2 |
Ərzaqlıq kartof |
23600 kq |
Fiziki şəxs Süleymanova Gövhər Süleyman qızı |
İran İslam Respublikası |
"AMEL MİRGASEMİ" |
20.10.2024 - 20.01.2025 |
|
3 |
Konfet |
2500 kq |
"YEDCON" MMC |
İran İslam Respublikası |
"SAYEDALI KHOSRAVI" |
01.10.2024 - 02.10.2025 |
|
4 |
Qırmızı pul bibər |
960 kq |
"King Foods" MMC |
Özbəkistan Respublikası |
"Bogbod Fruits" MMC |
09.10.2024 - 09.10.2026 |
|
5 |
"Hanxloksidin-XT” əmtəə nişanlı baytarlıq preparatı |
240 ədəd 5 litrlik qablaşdır-mada |
"AVC Agro" MMC |
Vyetnam Sosialist Respublikası |
Pharmaceutical and Veterinary Material JSC "GMP-WHO Factory" |
Partiya N 689 13.04.2024 - 03.04.2026 |
Faktlarla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş