“İndyuşkin Dvor” MMC-nin istehsalı olan dondurulmuş hinduşka əti məhsulunun idxalına qadağa qoyulub
21 Noyabr 2023 17:38
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
İdxalatçı şirkət “Lime and Co” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “İndyuşkin Dvor” MMC-nin istehsalı olan dondurulmuş hinduşka əti məhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq bildiriş göndərilib.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan baytarlıq preparatı məhv edilib
Qida Təhlükəsizliyi Agentliyinin idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib. Məhsul partiyasından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul edilmiş müvafiq qərar əsasında məhv edilib.
Rusiyadan idxal olunan bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından idxal olunmuş bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb. Belə ki, yağ “Jirovoy Kombinat” müəssisəsinin istehsalıdır. “Oba Market” MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton “Şedroe Leto” əmtəə nişanlı, 82,5%-lik, 1 kq-lıq məhsul partiyasında “3-monoxlorpropan1,2-diol (3-MCPD)” və “qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri” göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir. Faktla bağlı Agentlik tərəfindən qanunauyğun tədbir görülərək, sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Ukraynadan idxal edilən toyuq məhsulunda uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4.9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb. Laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş