İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı
15 Yanvar 2025 17:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. 9 istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama keçirilib və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub. Eyni zamanda həmin müəssisələrdən 2-də məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib. Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu istiqamətdə araşdırmalar davam etdirilir.
Uyğunsuzluq aşkarlanan bal məhsulları, istehsalçılar və istehlaka yararsız məhsul partiyaları ilə bağlı məlumatla aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
|
№ |
Məhsulun adı |
Məhsulun istehsalçısı |
Məhsul partiyası/ istehsal və son istifadə tarixi |
|
Yerli istehsal |
|||
|
|
"Pətək Süzmə" əmtəə nişanlı bal |
Fiziki şəxs Məmmədəliyev Əli Teymur oğlu
|
01.05.2024−01.05.2026, 01.10.2023−01.10.2025 |
|
|
"Мёд Натуральный" əmtəə nişanlı bal |
iyun 2023−iyun 2025 |
|
|
|
"Al Dad" əmtəə nişanlı bal |
01.10.2023−01.10.2025, 01.01.2024−01.01.2026, 01.05.2024−01.05.2026 |
|
|
|
"Şah Bal" əmtəə nişanlı bal |
01.01.2024−01.01.2025, 01.05.2024−01.05.2026, 01.06.2024−01.06.2026 |
|
|
|
"Kəpəz Bal" əmtəə nişanlı bal |
01.05.2024−01.05.2025 |
|
|
|
"Gədəbəy" əmtəə nişanlı bal |
01.02.2023−01.02.2025 01.10.2023−01.10.2025 |
|
|
|
"Daşkəsən" əmtəə nişanlı təbii çiçək bal |
01.05.2024−01.05.2026 |
|
|
|
"Мёд Ивановка" əmtəə nişanlı bal |
01.05.2024−01.05.2026 |
|
|
|
"Bal Kəndimiz" əmtəə nişanlı bal |
01.10.2023−01.10.2024 |
|
|
|
"Bal İvanovka" əmtəə nişanlı bal |
01.01.2024−01.01.2026 |
|
|
|
"Daşkəsən" əmtəə nişanlı təbii cökə balı |
01.10.2023−01.10.2025 |
|
|
|
"Mastero" əmtəə nişanlı bal |
"Kercom" MMC |
15.02.2024−15.02.2026 |
|
|
"Abad" əmtəə nişanlı çiçək balı |
01.09.2024 |
|
|
|
"Ordubad" əmtəə nişanlı bal |
Fiziki şəxs Əliyev Əkrəm Dünyamalı oğlu |
27.09.2022-27.09.2024 |
|
|
"Təbii Biyan" əmtəə nişanlı bal |
Fiziki şəxs Məmmədov Ehtiram Məmkişi oğlu |
05.07.2024−05.07.2026 |
|
|
"MЁД" əmtəə nişanlı bal |
“Ülsal” MMC |
01.02.2024−01.10.2026 |
|
|
"Qarabağlı" əmtəə nişanlı süzmə bal |
"Zəngəzur Group" MMC |
15.12.2023−01.07.2025 |
|
|
"Saf Bal" əmtəə nişanlı təbii dağ şan balı |
Fiziki şəxs Məmmədov Cəmil Gəncəli oğlu |
05.01.2024−05.01.2026 |
|
|
"Saf Bal" əmtəə nişanlı təbii dağ cökə balı |
10.04.2023−10.04.2025 |
|
|
|
"Lerik" əmtəə nişanlı bal |
Fiziki şəxs Rəhimova Mətanət Tofiq qızı |
may 2023−may 2026 |
|
|
"Ümid" əmtəə nişanlı çiçək balı |
“Natiq Canhəsənli” firması |
20.09.2023−20.09.2025 |
|
|
"Tamlı Bal" əmtəə nişanlı təbii bal |
Fiziki şəxs Vəliyev Zakir Mamoş oğlu |
12.01.2022−12.01.2027 |
Aşkar olunan uyğunsuzluqlar əsasən bal məhsullarının təbii olmadığını və keyfiyyətinin aşağı olduğunu, həmçinin tələblərə uyğun saxlanılmadığını göstərir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Giriş