-
Respublikanın baş dövlət baytarlıq müfəttişi tərəfindən verilmiş Qərarlar
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən epizootik sağlamlıq statusu bərpa olunan ərazilərə dair məlumat (18 yanvar 2024)
- Dünyadakı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatı (fevral 2024-cü il)
- Dünyadakı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatı (mart 2024-cü il)
- Kəsim məntəqələri
- Baytarlıq tələbləri
- Preparatların dövlət qeydiyyatı
- Baytarlıq qərarları
- Nəzarət tədbirləri
- Xəbərlər
Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri
15 Noyabr 2024 11:37
Ana südü körpələr üçün əvəzedilməz və ideal qida hesab olunur. Bu qida sağlam böyümə və inkişaf üçün onları lazım olan enerji və qida maddələri ilə təmin edir.
Ana südü 6 ayadək olan körpələrin qidalanması üçün “qızıl standart” hesab olunur. Bu qida ilk 6 ayda onların orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını qarşılayır. 6 aydan 12 ayadək olan müddətdə ana südü uşaqların sadalanan ehtiyaclarının yarısını, 13 aydan 24 ayadək olan müddətdə üçdə birini ödəyir. Vaxtından əvvəl doğulan körpələrdə isə bu qida demək olar ki, onların həyatının mühafizəsini təmin edir. Belə körpələr üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, bu qida onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən körpələrin doğumdan bir saat sonra ana südü ilə qidalandırılması tövsiyə olunur. Bu prosesin 2 yaş və ya daha uzun müddətə davam etdirilməsi məsləhət görülür.
Ana südünün tərkibində qidalı maddələrdən əlavə bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də mövcuddur. Məhz bu fermentlər körpələrin orqanizmində yağ, karbohidrat və digər maddələrin həzm olunmasına kömək göstərir. Südün əsas tərkib hissəsini, 80%-dən artığını su təşkil edir. Lakin bu, adi deyil, bioloji aktiv sudur. Ana südündəki su uşaqların orqanizmi tərəfindən tam mənimsənilir. Bu su hətta isti yay günlərində onların suya olan ehtiyacını tam ödəyir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpələrə su, çay və digər mayelər verməyi tövsiyə etmirlər.
Ana südünün komponentlərindən biri də karbohidratlardır. Bu qidada karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək göstərir. Laktoza körpələrin mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza onların bağırsağında lakto- və bifidumbakteriyaların inkişafını stimullaşdırır. Lakto- və bifidumbakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına maneə yaradır. Nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur. Bundan əlavə, ana südünün tərkibindəki xüsusi yağ turşuları körpənin, xüsusilə onun beyninin və bağırsağının inkişafı üçün olduqca vacibdir.
Ana südünün tərkibində uşaq orqanizmi üçün zəruri olan bütün vitamin və mikroelementlərə də rast gəlinir. Keyfiyyətinə və balanslaşdırılmış komponentlərinin tərkibinə görə bu qidada olan bioloji aktiv birləşmələri əvəz etmək mümkün deyil. Ana südünün tərkibindəki immunoqlobulinlər bağırsağın selikli qişasının səthi boyu yerləşərək immuniteti təmin edir. Ana südü maye mənbəyi olaraq orqanizmi dehidratasiyadan qoruyur və xəstəlik zamanı qida rejimini pozmur. Məsələn, diareya zamanı əksər maye və qidalardan imtina olunur, amma ana südünün qəbulu davam etdirilir.
Faydalı olması ilə yanaşı, tərkibində balanslaşdırılmış komponentlər, hormonlar, yüksək miqdarda bioloji aktiv maddələr, müxtəlif boy və müdafiə faktorları (immunoqlobulinlər, fermentlər) olan ana südünün həzmi də çox asandır. Tərkibindəki bütün komponentlər nisbət etibarilə mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün bu qidadakı fermentlər (amilaza, lipaza, fosfotaza, proteaza) və daşıyıcı zülallar körpələr tərəfindən asanlıqla mənimsənilir.
Ümumiyyətlə ana südü sadəcə qida deyil. Bu qida həmçinin körpələrin orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, müxtəlif immun faktorlarla (lizosim-təbii antibiotik, makrofaqlar-mikrobları məhv edən xüsusi hüceyrələr) zəngin olduğuna görə, immun sisteminin inkişafına kömək edir və bu sistemi aktivləşdirir. Eləcə də allergik reaksiyaların, qəfil uşaq ölümü sindromunun, diabet, piylənmə və artıq çəkinin əmələ gəlmə riskini azaldır. Uşaqları qulaq, boğaz və sinus infeksiyalarından, soyuqdəymədən, çoxsaylı tənəffüs, xroniki, mədə-bağırsaq və digər xəstəliklərdən qoruya bilir. Ana ilə körpə arasında erkən dövrlərdə tam emosional bağlılıq yaradır. Həmçinin ana südü ilə qidalanan körpələr fiziki inkişafları ilə seçilirlər. Beləliklə, ana südü ilə qidalanan uşaqlar müxtəlif xəstəliklərdən daha etibarlı müdafiə olunmuş sayılırlar. Təsadüfi deyil ki, anemiyadan əziyyət çəkən uşaqların çoxluğu məhz ana südü ilə qidalanma göstəricisinin aşağı olması ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, keyfiyyətsiz qidalanma və körpələrin qida rasionunda ana südünün olmaması anemiyanın əsas səbəbidir. Uşaqlar arasında anemiya halları onların böyüməsinə və inkişafına mənfi təsir göstərə, öyrənmə və idrak pozğunluqlarına səbəb ola bilər.
Qeyd edək ki, ana südü ilə qidalanma körpələr üçün əhəmiyyətli olmaqla yanaşı, bu prosesin həyata keçirilməsi anaların sağlamlığı üçün də vacib sayılan reproduktiv prosesin bir hissəsidir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş