Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib
5 Noyabr 2024 14:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması və qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
Tədbirlər çərçivəsində Agentlik yerli icra orqanları ilə birgə Bakı şəhəri də daxil olmaqla, ölkə ərazisində küçə və yol kənarlarında, əhalinin sıx gediş-gəlişinin təşkil edildiyi digər yerlərdə qida məhsullarının qanunsuz satışı hallarına qarşı nəzarət tədbirləri həyata keçirir. Görülən tədbirlərə baxmayaraq, hələ də qida məhsullarının müxtəlif yerlərdə, küçə və yol kənarlarında heç bir normativ tələblərə əməl etmədən antisanitar şəraitdə satışa təqdim olunması hallarına rast gəlinir.
Bu istiqamətdə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində bu gün Abşeron rayonu ərazisində və Sumqayıt şəhərinin H.Əliyev prospektində yerləşən "Ordubad" market, Sülh küçəsində yerləşən "Əli-94" market, 20 Yanvar və N.Nərimanov küçələrinin kəsişməsində yerləşən "Karvan" ticarət mərkəzində, həmçinin qeyd olunan ərazilərin yol kənarı və səkilərində qanunsuz olaraq qida məhsullarının satışının qarşısının alınması üçün reydlər keçirilib. Baxış zamanı küçələrdə antisanitar vəziyyətdə, heç bir norma və tələblərə cavab verməyən şəkildə qida məhsullarının satışının həyata keçirildiyi müəyyən olunub. Qanunsuz olaraq qida məhsullarının satışını həyata keçirən şəxslərə Agentliyin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən qanunun tələbləri bir daha izah olunub və qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu cür qanunsuz fəaliyyətlərin təkrarlanmaması üçün aidiyyəti icra orqanlarına müvafiq məlumatlar verilib.
Bildirilir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə qida məhsullarının satışı insanların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Qida təhlükəsizliyi tələblərinə cavab verməyən yerlərdən qida məhsullarının alınaraq istehlak edilməsi isə tövsiyə olunmur. Qanunsuz olaraq qida məhsullarının açıq havada, antisanitar şəraitdə, heç bir mənşə sənədi və markalanması olmadan, saxlama şəraitinə riayət edilmədən satışa çıxarılması hallarına qarşı nəzarət tədbirləri Agentlik tərəfindən davam etdiriləcək və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq.
Vətəndaşlardan da bu kimi qarşılaşdıqları xoşagəlməz hallarla bağlı aidiyyəti qurumlara və AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş edilir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş