Lənkəranda bitkiçilik məhsullarının ixracı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
4 Mart 2025 10:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonunda kartof və çiyələk ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı görüş keçirilib.
Görüşdə ixracın çevik təşkil edilməsi məqsədi ilə tənzimləmə işlərinin koordinasiyası, inzibatçılğın təkmilləşdirilməsi və fermerlərin maarifləndirilməsi istiqamətində Agentlik tərəfindən mütəmadi olaraq görüşlərin keçirildiyi və fermerlərə dəstək göstərildiyi bildirilib. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ixrac əməliyyatları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi vurğulanıb və qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Əlavə olaraq, idxalatçı ölkələrin idxal tələbləri, karantin tətbiq edilən zərərverici orqanizmlər haqqında ətraflı məlumatlar verilib.
Görüş zamanı istehsalçıların məmnunluğunun təmin edilməsi məqsədi ilə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Agentlik tərəfindən bu cür görüşlərin respublikanın qida sahəsində ixracpotensiallı bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan digər regionlarında da keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş