Marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları aşkarlanıb
3 Noyabr 2023 11:35
Daxil olan müraciət əsasında Lənkəran rayonu, Cil kəndində fəaliyyət göstərən, Xamiyev Kamal Mirzaid oğluna məxsus “Cil” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə 60 adda ümumi çəkisi 74 kq müxtəlif əmtəə nişanlı şirniyyat, ədviyyat, süd məhsulunun və 30 litr alkoqolsuz içkinin istifadə müddətinin bitdiyi müəyyən edilib, eləcə də etiket məlumatlarında uyğunsuzluq olan ümumi çəkisi 60 litr duru yağ və istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qarşısı alınıb və məhv edilməsinə dair qərar qəbul olunub.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün ardıcıl tədbirlərini davam etdirir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş