Martın 4-ü Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür
4 Mart 2024 11:00
Ümumdünya Piylənmə Federasiyasının təşəbbüsü ilə hər il martın 4-ü Piylənmə ilə Mübarizə Günü kimi qeyd olunur.
Piylənmə ilə mübarizənin məqsədi yalnız xarici görünüşün yaxşılaşdırılması deyil, həm də ürək-damar, reproduktiv sistem və xərçəng xəstəliklərinin, eləcə də depressiya və qadınlarda sonsuzluğun qarşısının alınmasından ibarətdir.
Bu gün dünyada artıq çəki və ya piylənmədən əziyyət çəkən insanların sayı 1 milyarddan çoxdur və hər il təxminən 3 milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itrir.
Təəssüf ki, həm dünyada, həm də ölkəmizdə uşaq və yeniyetmələr arasında piylənmə daha sürətlə yayılmaqdadır. Belə ki, statistikaya əsasən, dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda 2 dəfədən çox, kişilərdə təxminən 3 dəfə, uşaq və yeniyetmələrdə isə 4 dəfə artıb. Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91% artaraq 2252-yə yüksəlib.
Son statistikaya əsasən, ölkələr üzrə piylənmənin dərəcələrinə görə respublikamız dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir.
Ümümdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.
İnsanlarda artıq çəki və ya piylənmənin daha çox qeyri-sağlam qidalanma ilə əlaqədar yarandığı məlum olsa da, bilməliyik ki, piylənmə qeyri-sağlam həyat tərzinin kompleks şəkildə yaratdığı nəticədir. Piylənmə ilə mübarizədə ilk növbədə düzgün və rasional qidalanmaya riayət edilməli, yağlı, duzlu və şəkər əlavə olunmuş qidaların istehlakı mümkün qədər azaldılmalı, gündəlik kalori qəbuluna, eləcə də yaş və sağlamlıq vəziyyətindən asılı olaraq fiziki aktivliyə nəzarət edilməli, siqaret, spirtli içki və stressdən uzaq olmalı və ən nəhayət, yuxu rejimi qaydaya salınmalıdır.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş