“Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində məktəblərdə növbəti görüşlər keçirilib
14 Dekabr 2023 09:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Layihə çərçivəsində növbəti görüşlər AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı, UNICEF-in dəstəyi, Elm və Təhsil Nazirliyinin (ETN) iştirakı ilə keçirilən pilot layihədə uğur əldə edərək “Məktəblilərin qida bələdçiləri” adını qazanan, eləcə də ETN tərəfindən reallaşdırılan “Məktəblinin dostu” layihəsində təmsil olunan şəxslərin iştirakı ilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumilikdə 9 məktəbdə təşkil olunub.
Bakı şəhərində yerləşən Suraxanı rayonu 114, 76, 280 nömrəli, Nizami rayonu 12 nömrəli, Səbail rayonu 162 nömrəli, Binəqədi rayonu 83 nömrəli, Nərimanov rayonu 57 nömrəli, Abşeron rayonu 2 nömrəli və Sumqayıt şəhəri 33 nömrəli tam orta məktəblərdə həyata keçirilən tədbirlərdə 3000-ə yaxın şagird iştirak edib. Görüşlərdə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib. Həmçinin “Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalar hansı normalara cavab verməlidir?”, “Sağlam qidalanma rejimi”, “Zərərli qida vərdişləri”, “İmmuniteti artıran vitamin və minerallarla zəngin qidaların istehlakı” və digər mövzularda təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb.
Eyni zamanda görüşlərdə mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi şagirdlər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ olunması və məktəblərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş