Ölkəmizə məhsul ixrac edən 197 xarici qida obyekti AQTA tərəfindən təsdiq edilib
31 Oktyabr 2023 09:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir. Müəssisələrin qiymətləndirilməsi yerində və ya videoinspeksiya formatında həyata keçirilir.
Belə ki, cari il ərzində Agentliyin əməkdaşları tərəfindən 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar qiymətləndirilmiş 3 müəssisənin təsdiqindən imtina olunub. 4 obyektlə bağlı qiymətləndirmə hesabatları isə yekunlaşmaq üzrədir.
Qiymətləndirilmiş xarici qida obyektləri Rusiya Federasiyası, Belarus Respublikası, Almaniya Federativ Respublikası, Çin Xalq Respublikası, Ukrayna Respublikası, İran İslam Respublikası, Gürcüstan Respublikası, Polşa Respublikası və digər ölkələrdə fəaliyyət göstərir. Xarici ölkələrdən Azərbaycana ixrac həyata keçirən qida obyektlərinin təsdiqi ilə bağlı reyestrlə AQTA-nın rəsmi internet səhifəsi vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, ölkə ərazisinə yüksək risk qrupuna aid qida məhsullarının idxal edilməsi üçün xarici qida obyektləri aidiyyəti üzrə təsdiq olunmalıdır. Bununla bağlı Azərbaycan Respublikasının idxal tələblərinə uyğun olaraq, qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər.
Oxşar xəbərlər
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
AQTA-nın idxal-ixrac əməliyyatları üzrə göstərdiyi elektron xidmətlər daha da təkmilləşdirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Elektron xidmətlər vasitəsilə idxal və ixrac əməliyyatları üzrə müraciətlərin qəbulu, tələb olunan sənədlərin təqdim edilməsi, müraciətlərin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatlandırma tam rəqəmsal mühitdə həyata keçirilir. Beləliklə, sahibkarlar müvafiq xidmətlərdən məsafədən istifadə etmək imkanı əldə edib, sənədləşmə prosesi isə daha sadə və operativ olub. Elektron xidmətlərin istifadəyə verilməsi ilə müraciətin qəbulundan yekun qərarın rəsmiləşdirilməsinədək bütün mərhələlərin sistem üzərindən izlənilməsi təmin edilib. Dövlət rüsumları və laborator xidmət haqları elektron qaydada ödənilir, sertifikatlaşdırma prosesləri isə rəqəmsal mühitdə aparılır. Bu yanaşma təmasları minimuma endirir, subyektiv müdaxilə imkanlarına yol vermir və qərarların qəbulunda şəffaflığı artırır. Sistem idxal və ixrac olunan məhsullara nəzarətin risk əsaslı yanaşma üzrə təşkilinə də imkan verir. Məhsulun növü və mənşə ölkəsi, istehsalçı və ixracatçı müəssisə, əvvəlki nəzarət və laborator müayinələrin nəticələri, aşkar edilmiş uyğunsuzluqlar və digər risk göstəriciləri elektron qaydada təhlil olunur. Bunun əsasında nəzarət tədbirləri daha dəqiq və məqsədyönlü planlaşdırılır. Elektron xidmətlərin tətbiqi sahəsində AQTA tərəfindən idxal və ixrac əməliyyatlarının icra müddətinin qısaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və sahibkarlar üçün bərabər xidmət mühitinin yaradılmasına şərait yaradır. Eyni zamanda, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətin səmərəliliyi artırılır. Qeyd edək ki, AQTA elektron xidmətlərin funksional imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və bu elektron tətbiq idxal və ixrac əməliyyatlarında çevikliyin və şəffaflığın artırılması, sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.
AQTA ilə İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş