“Peşəkarlarla görüş”də bitkiçilik məhsullarının ixracına maneə yarada biləcək tənzimlənən zərərli orqanizmlərdən bəhs olunub
17 May 2023 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində keçirilən növbəti “Peşəkarlarla görüş” “Bitkiçilik məhsullarının ixracına maneə yarada biləcək tənzimlənən zərərli orqanizmlər” mövzusunda təşkil olunub.
Görüş zamanı SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd edilib. Daha sonra tərəvəz məhsullarının ilkin istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə fitosanitar sahə ilə bağlı normativ aktlar, həmçinin müxtəlif ölkələrin idxal tələbinin ixrac prosesində tətbiqi haqqında ətraflı məlumat verilib. Eləcə də sahibkarlar bitkiçilik sahəsində rast gəlinən və ixrac prosesinə maneə yarada biləcək virus mənşəli xəstəliklərlə zərərvericilər barədə məlumatlandırılıb. Həmçinin görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.
Oxşar xəbərlər
Nar istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nar istehsalçıları və ixracatçıları ilə onlayn görüş keçirib. Görüşdə idxalçı ölkələrin fitosanitar və qida təhlükəsizliyi ilə bağlı tələbləri, eləcə də ixrac zamanı aşkarlanan uyğunsuzluqlar müzakirə olunub. Bildirilib ki, nar istehsalı zamanı pestisidlərdən düzgün və səmərəli istifadə, dövlət qeydiyyatına alınmış bitki mühafizə vasitələrinin tətbiqi, preparatların istifadə normalarına və məhsul yığımınadək gözləmə müddətlərinə riayət edilməsi vacibdir. Bu tələblərin gözlənilməsi məhsulun təhlükəsizliyinin təmin olunması və ixrac zamanı yarana biləcək problemlərin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Nar məhsulunun ixrac potensialının artırılması, xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi və ixrac zamanı yarana biləcək uyğunsuzluqların qarşısının alınması istiqamətində istehsalçıların və ixracatçıların üzərinə düşən vəzifələr barədə məlumat verilib. Görüşdə fermerlərin və ixracatçıların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş