“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası”nın növbəti iclası keçirilib
6 Sentyabr 2022 14:38
2022-ci ilin 31 avqust tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 43-cü iclası keçirilib.
Videokonfrans formatında keçirilən tədbirdə elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar mütəxəssislər tərəfindən təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 27 adda pestisid və 18 adda aqrokimyəvi maddə, təkrar qeydiyyata alınan 57 adda aqrokimyəvi maddə və 36 adda pestisid olmaqla, ümumilikdə 138 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 55 adda aqrokimyəvi maddə və 28 adda pestisid olmaqla, toplam 83 adda preparatın (siyahısı əlavə olunur) 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilmiş rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 58 adda (48 adda aqrokimyəvi maddə, 10 adda pestisid), təkrar qeydiyyat üçün 1 adda (aqrokimyəvi maddə) preparata məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edilmiş və onların dövlət sınağına göndərilməsi, o cümlədən təkrar dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin ilkin qeydiyyat üçün müraciət edilmiş 1 adda (aqrokimyəvi maddə), təkrar qeydiyyat üçün 1 adda (aqrokimyəvi maddə) preparatın tərkib komponentinin Agentlik Kollegiyası tərəfindən təsdiqlənmiş 191 adda qadağa siyahısına aid olduğu müəyyən edildiyinə görə, dövlət sınağına göndərilməsi və təkrar qeydiyyata alınması məqbul hesab olunmayıb.
Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 61 adda preparatla (siyahısı əlavə olunur) bağlı imtina qərarı verilib.
Bundan başqa, pestisid və aqrokimyəvi maddələrin saxlanc və satış yerlərində həyata keçirilən monitorinqlər, yoxlamalar zamanı aşkar edilən vaxtı keçmiş preparatların keyfiyyət göstəriciləri üzrə laboratoriya sınaqlarına cəlb olunması və sınaq nəticəsində birbaşa təyinatı üçün istifadəyə yararlılığı müəyyən olunmuş pestisid və aqrokimyəvi maddələrin maksimum 1 il müddətində yenidən dövriyyəyə buraxılması, sınaq nəticəsi uyğun olmayanların isə digər məqsədlər üçün (dövlət fondu torpaqlarında, elmi-tədqiqat işlərində istifadəsi və s.) və ya qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi, utilizasiyası məsələsi Ekspert Şurası üzvləri ilə müzakirə edilərək, müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.
Dövlət qeydiyyatına alınmış və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınması və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
1. İlk dəfə qeydiyyata alınan aqrokimyəvi maddələr
"Aqrokimya" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Çimsan Tarımsal Ürünler İnş. Taah. Ve San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan
1. Boromix
2. Tomaton
3. Evergreen Nanotech 20.20.20+ME
4. Cito-K 5-0-30
5. Doping Life
6. Sachak 4.5-25-0 + ME
"SARA QRUP” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “OOO Lorens” şirkətinin istehsalı olan
7. Dolomit
"Expert Agro Services" MMC-nin müraciətinə əsasən İspaniya Krallığının “Quelagrow Iberica” şirkətinin istehsalı olan
8. Quelafert Root Trap
9. Quelafert Potasol
10. Quelafert Flower Bomb
11. Quelafert Humic Plus
12. Quelafert Potasa
13. Quelafert Power H
14. Quelafert Cuaje
“AGROVİT” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “Orton” ASC şirkətinin istehsalı olan
15. Yantarnaya Kislota
16. Jiva
17. Biomikariza
18. Zavyaz
II. İlk dəfə qeydiyyata alınan pestisidlər
“EMA'' QSC-nin müraciətinə əsasən İsveçrə Konfederasiyasının "Basf Agro B.V. Arnhem (NL) Freienbach Branch" şirkətinin istehsalı olan
1. Delan Pro
"Sara Qrup" QSC müraciətinə əsasən Almaniya Federativ Respublikasının "MAC-GMBH Agricultural Products" şirkətinin istehsalı olan
2. Mesomex plus WG
3. Clodimex plus EC
4. Alphamex 100 EC
“AGROVİT” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının "Orton ASC" şirkətinin istehsalı olan
5. Heteroauksin ВРП
6. Sporobakterin
7. Ukorenit
Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Çin Xalq Respublikasının “Evergreen Aqrochemical Co.ltd” şirkətinin istehsalı olan
8. Armada 250EC
9. Amazon SC
10. Everest 5 SC
11. Avatar 48 SC
12. Vegas 240 OD
13. Galoriya 36 SC
Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Doğal Kimyevi maddələr və Zirai İlaçlar San. A.Ş.” şirkətinin istehsalı olan
14. Solizol 250EC
"AGROMİA" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "SUNSET KİMYA TARIM ÜRÜNLERİ VƏ Alt.Paz.San. və Tic.A.Ş." şirkətinin istehsalı olan
15. Suncol 60 FS
16. Harvest 25 WP
17. Rafael 400 EW
"AGROMİA" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “FERBİS TARIM TİCARET VƏ SANAYİ A.Ş." şirkətinin istehsalı olan
18. RODİX
19. TREFOKS
20. RAMTO 80 EC
21. ESTERAN 48
22. WHEATMASTER DS 2
23. TERLOSS M-45
"AGROMİA" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “FERBİS TARIM TİCARET VƏ SANAYİ A.Ş." şirkətinin istehsalı olan
24. Zenot-A
25. Siltan 25 EC
26. Malaton 65 EM
27. LAİOS
III. Təkrar qeydiyyata alınan aqrokimyəvi maddələr
“AMİN–Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının “Vapco Veterinary & Agricultural Products Manufacturing Co. Ltd” şirkətinin istehsalı olan
1. Dəmir xelatı-6.0%
“AMİN–Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının “Vapco Veterinary & Agricultural Products Manufacturing Co. Ltd” şirkətinin istehsalı olan
2. Mesk
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “GENTA GENEL TARIM ÜRÜNLƏRİ PAZARLAMA A.Ş.” şirkətinin istehsalı olan
3. Biofortune
4. Biosoil
5. Biototal
6. Bravo K (20-0-29+ME)
7. Bravo P(12-48-6+ME)
8. Elfer Ca
9. Elfer Combi
10. Sprinter Plus(6-30-0+ME)
11. Elfer K(3-0-30)
“EMA” QSC-nin müraciətinə əsasən İspaniya Krallığının “Atlantica Agricola S.A.” şirkətinin istehsalı olan
12. RAZORMİN
13. FLORONE
“EMA” QSC-nin müraciətinə əsasən İspaniya Krallığının “Atlantica Agricola S.A.” şirkətinin istehsalı olan
14. RAYKAT START
15. AMİNOCAT 10%
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən İtaliya Respublikasının "VALAQRO.S.P.A." şirkətinin istehsalı olan
16. Aktiwave
17. Ferrilene Trium
18. Plantafol 20-20-20
19. Plantafol 5-15-45
20. Plantafol 10-54-10
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən Rusiya Fedreasiyasının "NEVİNNOMİSSKİY AZOT” SC şirkətinin istehsalı olan
21. Ammonium nitrat Marka B
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən İspaniya Krallığının “AGRİTECNO FERTİLİZANTES S.L” şirkətinin istehsalı olan
22. Aqrihumic
23. Tecnophyt PH
“AQROVİTA” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “ARIMAYA TARIM KİMYA SANAYİ VE TİCARET LİMİTED” şirkətinin istehsalı olan
24. Maya Leon
25. Vitomas Plus
"Sara Qrup" QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “EKMEKÇİOĞULLARI METAL VE SANAYİ TİC.LTD.ŞTİ.LTD” şirkətinin istehsalı olan
26. Çinko sulfat heptahidrat
27. Magnezyum sulfat heptahidrat
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən Belçika Krallığının “Tessenderlo Group NV/SA” şirkətinin istehsalı olan
28. SoluPotasse (Kalium Sulfat)
Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Ekin Tarım Tic. Ltd. Şti.” şirkətinin istehsalı olan
29. Activ X
30. Micromel Cu
31. Micromel-Ocean
32. Micromel-K (3.0.33)
33. Micromel Zincbor
34. Ferrosol
35. Foliamel Calsibor
36. Micromel Foliar
37. Micromel Aminogold
"Sara Qrup" QSC müraciətinə əsasən Polşa Respublikasının “İntermag SP.ZO.O” şirkətinin istehsalı olan
38. MİKROCHELAT Zn-15
39. MİKROCHELAT Mn-13
40. MİKROCHELAT Fe-6 0-0
41. MİKROCHELAT Fe-13
42. MİKROCHELAT Cu-15
43. MİKROVİT BORON
44. MİKROVİT BORON PLUS
45. MİKROVİT MOLYBDENUM
46. MİKROVİT COPPER
47. MİKROVİT ZİNC
48. MİKOVİT MANGANEZE
“GBR TRADE” MMC-nin müraciətinə əsasən Finlandiya Respublikasının “Yara Suomi Oy” şirkətinin istehsalı olan
49. YaraTera Rexolin D12
50. YaraTera Rexolin Q40
51. YaraTera Rexolin Cu15
52. YaraTera Rexolin Mn13
53. YaraTera Rexolin Zn15
54. YaraTera Rexolin APN
55. YaraTera Rexolin ABC
56. Folicare 10-5-40+micro
57. Folicare 12-46-8+micro
IV. Təkrar qeydiyyata alınan pestisidlər
“AMİN–Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının "Vapco Veterinary & Agricultural Products Manufacturing Co. Ltd " şirkətinin istehsalı olan
1. Vacomil 35% WP
“AMİN–Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının "Vapco Veterinary & Agricultural Products Manufacturing Co. Ltd " şirkətinin istehsalı olan
2. Tachigazole-30% SC
“AMİN–Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının "Vapco Veterinary & Agricultural Products Manufacturing Co. Ltd " şirkətinin istehsalı olan
3. Metaldehyde-5% GR
“Aqrokimya” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Koruma Klor Alkali" şirkətinin istehsalı olan
4. BENPELLE 480 SL
5. FONO SUPER
6. STATUS 330 E
7. KORZAMOX 120 SL
8. KORZAMİDE 50 WP
9. RUBIN 2 DS
10. EPHTAL 72 SL
11. METATOLLE OIL
12. % 65 MALATHION EM
13. KORBAN 4
14. KORUMA YAZLIQ YAĞ
15. PROMİSE ULTRA EC
“AMİN–Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının "Vapco Veterinary & Agricultural Products Manufacturing Co. Ltd " şirkətinin istehsalı olan
16. Canvil 5%SC
17. Chlorofet-48% EC
18. Commando-35%SC
19. Hadaf-24% EC
20. Nofar-1
21. Vapcomore 20% SP
Qənbərov Səfail Zəki oğlunun müraciətinə əsasən İran İslam Respublikasının “GYAH” şirkətinin istehsalı olan
22. Metalan G
Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Çin Xalq Respublikasının “Evergreen Agrochemical Co.Ltd.” şirkətinin istehsalı olan
23. Alprin 350 EC
24. Goldvant 150 SC
25. Galactic 240 EC
26. Linnokiya 45 SC
27. Goldvin SP 90
28. Supermen 250 EC
29. Suprodinil 50 WG
"Sara Qrup" QSC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının “SHENZHEN KİNG QUENSON İNDUSTRY Co. LTD.” şirkətinin istehsalı olan
30. KingCliph 480SL
31. Kingorn EC
32. King-Sunsay 20 EC
33. Terra 90 SP
34. Kingpix SL
"GBR TRADE" MMC-nin müraciətinə əsasən Belçika Krallığı “Arysta LifeScience Benelux SPRL” şirkətinin istehsalı olan
35. SİLLİT 40% SC
"AGRO İNVESTOR LTD" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “SAFATARIM A.Ş.” şirkətinin istehsalı olan
36. Premio Zolfo 80 WG
Qeyd: Cəmi 138 adda preparat.
V. Dövlət sınağının aparılması üçün göndərilən aqrokimyəvi maddələr
“Agroinvestor LTD” MMC-nin müraciətinə əsasən Niderland Krallığının “Van İperen İnternational B.V.” şirkətinin istehsalı olan
1. Calсium Сhloride Horticultural Grade
“AGRİCO" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Stoller Turkey Organik Tarım San.Tic.A.Ş.” şirkətinin istehsalı olan
2. HUMİ CHARGE
“AGRİCO" MMC-nin müraciətinə əsasən Misir Respublikasının "Tiba Traiding Agencies and Agriculture Development" şirkətinin istehsalı olan
3. Bio Magnesium Sulphate
4. Bio Potassium Sulphate
"AGROVİT" MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “OOO Xeberaqi” şirkətinin istehsalı olan
5. Плантарел
"CASPİANAGRO" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Doğatech Araştırma Geliştirme Anonim Şirkəti” nin istehsalı olan
6. Doğatech Stable N-21
7. Doğatech Basic 18-18-5+(32SO3)
8. Doğatech Basic 14-14-17+(25SO3)
9. Doğatech Solarex
“AGRİCO" MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının "АО Южно Уральский завод магниевых соединений” şirkətinin istehsalı olan
10. Сулфат магния марки: эпсомит
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “EKMEKÇİOĞULLARI METAL VE KİMYA SANAYİ TİC. A.Ş.” şirkətinin istehsalı olan
11. Bakır Sülfat Pentahidrat
12. Mangan Sülfat Monohidrat
13. Demir Sülfat Heptahidrat
“F-G KEMİSTRİ” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “АО Невинномысский Азот” şirkətinin istehsalı olan
14. Удобрение азотно-калийное марка 21-21
Nəbiyev Elnur Knyaz oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Oncropscience Kim. San.Tic.Ltd.Şti.” şirkətinin istehsalı olan
15. KEY X
Nəbiyev Elnur Knyaz oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “DRF AGRO KİMYA TARIM ÜRÜNLƏRİ İMALAT İTHALAT İHRACAT A.Ş.” şirkətinin istehsalı olan
16. DRF SPROUT
17. DRF NPZn 4-27-0+ME
18. DRF COMBİ
19. SELOSÜLFÜR
“LEBOSOL CASPİAN” MMC-nin müraciətinə əsasən Almaniya Federativ Respublikasının “Lebosol Dunger GMBH” şirkətinin istehsalı olan
20. Aminosol
21. Lebosol-Bor
22. Lebosol-Calsium Forte SC
23. Lebosol-Zinc 700 SC
24. Lebocal Hepta
25. Lebosol-Kalium 450
26. Lebosol-Nutriplant 12-4-6
27. Lebosol-Nutriplant -36
28. Lebosol-MaisSpezial SC
29. Phytoamin
30. Lebosol-NitroMix
31. Lebosol-Magphos
32. Lebosol-MagSoft SC
33. Lebosol -PK Max
34. Lebosol-Robustus SC
35. Lebosol Fruit Mix SC
36. Lebosol-Magnesium 400 SC
37. Lebosol-Total Care
38. Lebosol-Mangan Nitrat 235
39. Lebosol-NutriPhos 3-30-0
40. Lebosol-Kalium TS 340
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Belarus Respublikasının “Belaruskaliy ASC” şirkətinin istehsalı olan
41. Kompleks Azot-fosfor-kalium, 5-15-36+1S
42. Kompleks Azot-fosfor-kalium, 6-18-34+1S
"İNCİ-AGRO" MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının “İNCİ-AGRO" MMC şirkətinin istehsalı olan
43. Bioorganic
“Dost Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Elytra Tarım Sanayi ve Ticaret LTD.” şirkətinin istehsalı olan
44. ELY-COPER
45. Elytra B
46. Elytra Energy
47. Elytra Fe
48. Elytra Magnit
49. Elytra NPK 20-20-20+TE
50. Elytra Soil 40
51. Elytra Zn
52. Elytra S
53. Elytron
“Agroline AZ” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının JSC "Apatit” şirkətinin istehsalı olan
54. Ammonium Nitrate Grade B
“Agroline AZ” MMC-nin müraciətinə əsasən Türkiyə Republikasının “Maltaş Maden Kimya Makina Nakliye İnşaat Taahhüt Akaryakıt Sanayi ve Ticaret LTD. ŞTİ” şirkətinin istehsalı olan
55. Magnezyum Sülfat
VI. Dövlət sınağının aparılması üçün göndərilən pestisidlər
“AGRİCO” MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının "Shanghai AgroChina Chemical Co. LTD" şirkətinin istehsalı olan
1. Bio Alpha-Cypermethrin 100 g/L EC
2. Bio Captan 500 g/kg WP
3. Bio Emamectin Benzoate 50 g/kg WDG
4. Bio Gibberellic acid 10% TB
5. Bio Glyphosate İPA 480 g/L SL
6. Bio Mancozeb 80% WP
7. Bio Tebuconazole 250 g/L EC
8. Bio Tribenuron-methyl 75 % WDG
“AGROVİT” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “OOO Xeberaqi” şirkətinin istehsalı olan
9. Плантарел
Nəbiyev Elnur Knyaz oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Royal-FEN Kimya Tarım İthalat İhr.San. Ve Tic. LTD.ŞTİ.” şirkətinin istehsalı olan
10. ROYTİX 70 WG
11. Roydere 300 EC
12. Roymax FS
Qənbərov Səfail Zəki oğlunun müraciətinə əsasən İran İslam Respublikasının “Ariashimi” şirkətinin istehsalı olan
13. Malathion Aria
Qənbərov Səfail Zəki oğlunun müraciətinə əsasən İran İslam Respublikasının “GYAH CORP” şirkətinin istehsalı olan
14. Bordeaux G
15. Chito Life
16. OXİ COOP
17. Gyahphosate
18. Gysta
19. Pertila G
"AGRİСO" MMC müraciətinə əsasən Türkiyə Respublikasının “Deva Agro Kimya Tarım San ve Tic. A. Ş.” şirkətinin istehsalı olan
20. DAGRO CORS
21. CALİXA
22. DAGRO CURE DS 2
23. DAGROCHO FS 600
24. DAGRO VISO
25. DE COMPANA
26. DAGRO FLİXA
27. DEVA RALON
28. DİVERİA
Qeyd: Cəmi 83 adda preparat.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınmaması və dövlət sınağının aparılmaması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
I. Dövlət sınağının aparılmasına imtina verilmiş aqrokimyəvi maddələr
(sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“Dost Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “ELYTRA TARIM SAN. VE TİC. LTD. ŞTİ.” şirkətinin istehsalı olan
1. ELYTRA K-30
2. LİQUİD MİX
3. ELYCAL 14
4. ELYTRA CALNİT
5. ELYTRA LIFELINE
6. ELYTRA NK 10-0-40+TE
7. NPK 15-30-15+TE
“Agrico” MMC-nin müraciətinə əsasən Hindistanın “RALLIS INDIA LIMITED” şirkətinin istehsalı olan
8. Asataf
9. Captaf
10. Glytaf
11. Manik
12. Master
13. Rallis M-45
14. Rallis METRİ
15. REEVA-5
16. Rilon
17. Tafgor
18. Termex
“Agrico” MMC-nin müraciətinə əsasən Çinin “SHANGHAI AGROCHINA CHElMICAL CO.,LTD” şirkətinin istehsalı olan
19. Bio 2,4-D DIMETHYLAMMONIUM 500 q/l SL
‘’Caspinagro’’ MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Doğatech Araşdırma Geliştirme Anonim Şirketi.” şirkətinin istehsalı olan
20. Doğatech Stable N-36
“Agrico” MMC-nin müraciətinə əsasən Macarıstanın “Water&Soil Ltd” şirkətinin istehsalı olan
21. Water Retainer
Nəhmətov Elnurun müraciətinə əsasən Türkiyə Respublikasının “Lider Gübrə Tarım Üretim ve Pazarlama SAN.TiC.LTD” şirkətinin istehsalı olan
22. Lider land 16-8-24+ME
23. Lider land 5-5-40+ME
24. Besupon 12-4040
25. Lider land 18-18-18+ME
26. Lider land 15-30-15+ME
27. Besupon 12-40-10
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “MaItaş Maden Kimya Makina Nak.Inş.Akar.San.ve Tic.Ltd Şti” şirkətinin istehsalı olan
28. Magnezium sülfat heptahidrat
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Ekmekçioğulları Metal ve Kimya San.ve Tic.Ltd A.Ş.” şirkətinin istehsalı olan
29. Mis Sülfat (Bakır sülfat) pentahidrat
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “Cənub-ural maqnezium birIəşmələri zavodu” şirkətinin istehsalı olan
30. Maqnezium sulfat Epsomit markaIı
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının Fosagro, “Apatit” SC şirkətinin istehsalı olan
31. 11-37 markalı maye kompleks gübrə (MKG)
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “Aqrofarmika” şirkətinin istehsalı olan
32. “SİTOHUMAT” Universal Grade B
"EMA" QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Tic.T.A.Ş." şirkətinin istehsalı olan
33. Tradite 6-16.6+(30SO3)+ME
34. Tradite 8-21.0+(30SO3)+ME
35. Tradite 11-11-11+(11SO3)+ME
36. Tradite 12-12-0+(30SO3)+ME
37. Tradite Azot 20+(30SO3)+ME
38. Tradite 7-7-7+(30S03)+ME
39. Tradite 5-0-25+(15SO3)+ME
40. Tradite 5-8-12+(30SO3)+ME
41. Tradite 7-7-0+(30S)3)+ME
42. Tradite 12-15-5+ME
43. Tradite 12-22-0+(15O3)+ME
44. Tradite I2-15-5+(15SO3)+ME
45. Tradite 25-5-5+ME
46. Tradite Azot 12
47. Tradite Azot 24+(5SO3)
48. Tradite Azot 30
II. Dövlət sınağının aparılmasına imtina verilmiş aqrokimyəvi maddələr
(tərkib komponenti qadağa siyahısına düşdüyünə görə)
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “Beres HPK OOO” şirkətinin istehsalı olan
1. Beres Super Dəniz Yosunları Ekstratı Universal
III. Dövlət sınağının aparılmasına imtina verilmiş pestisidlər
(sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“Agrico” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Deva Agro Kimya Tarim San. Ve Tic A.S” şirkətinin istehsalı olan
1. DAGRO DARİS
2. DE PORTIVO
"EMA" QSC-nin müraciətinə əsasən İspaniyanın “BASF Agro B.V Arnhem (NL) Freienbach Branch” şirkətinin istehsalı olan
3. PRİVEST SC
"EMA" QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Hektaş Tic.T.A.Ş.” şirkətinin istehsalı olan
4. VOCE
“Ran Fruit” MMC-nin müraciətinə əsasən İspaniyanın “Cambo Alboran” şirkətinin istehsalı olan
5. Ultra 80% WG
6. Antitick 5% WDG
7. Fitozeb 80% WP
8. Tigr 80% WG
9. Star 10% EC
10. Complice 25% ME
Qeyd: Cəmi 59 adda preparat.
IV. Təkrar qeydiyyata alınmasına imtina verilmiş aqrokimyəvi maddələr
(sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“AMİN-Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının "Vapco (Veterinary & Agricultural Produkts Manufacturing Co. Ltd" şirkətinin istehsalı olan
1. Floratone SP
V. Təkrar qeydiyyata alınmasına imtina verilmiş aqrokimyəvi maddələr
(tərkib komponenti qadağa siyahısına düşdüyünə görə)
“Aqrokimya” MMC-nin müraciətinə əsasən İspaniya Krallığının "AGRİTECNO FERTİLİZANTES S.L" şirkətinin istehsalı olan
1. Fertigrain Foliar
Qeyd: Cəmi 2 adda preparat.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.