Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib
7 Fevral 2023 15:17
2023-ci ilin 30 yanvar tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 48-ci iclası keçirilib.
Agentliyin inzibati binasında keçirilən tədbirdə elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 35 adda aqrokimyəvi maddə və 10 adda pestisid, təkrar qeydiyyata alınan 13 adda pestisid olmaqla, ümumilikdə 58 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 18 adda aqrokimyəvi maddə, 8 adda pestisid və 1 adda feromon tələ olmaqla, toplam 27 adda preparatın (siyahısı əlavə olunur) 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilən rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 14 adda (6 adda aqrokimyəvi maddə, 8 adda pestisid), təkrar qeydiyyat üçün 56 adda (1 adda aqrokimyəvi maddə, 55 adda pestisid) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddələrə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin təkrar qeydiyyat üçün müraciət olunmuş 1 adda (pestisid) preparatın təsiredici maddəsi Agentlik Kollegiyası tərəfindən təsdiqlənmiş 47 adda qadağa siyahısına aid olduğuna görə, onların təkrar qeydiyyata alınması məqbul hesab olunmayıb. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 72 adda preparatla (siyahısı əlavə olunur) bağlı imtina qərarı verilib.
Bundan başqa, pestisid və aqrokimyəvi maddələrin saxlanc və satış yerlərində həyata keçirilən monitorinqlər, yoxlamalar zamanı aşkar edilən, o cümlədən fərdi müraciətlə bəyan olunan dövlət qeydiyyatına alınmamış və vaxtı keçmiş preparatların (1234,55 L/kq) qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi barədə İnventarlaşdırma Komissiyasının üzvləri tərəfindən müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələri (pestisidlərin və bioloji preparatların) və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınması və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
I. İlk dəfə qeydiyyata alınan aqrokimyəvi maddələr
“Azchemco” MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının “Azchemco” MMC şirkətinin istehsalı olan
1. Nonfus
2. Root Aminto
3. Secutity 10 11 20
4. XXL
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “ООО Алмаз Удобрения” şirkətinin istehsalı olan
5. Monoammoniumfosfat
6. Monokaliumfosfat
7. Kalium sulfat
8. Sulfoammofos 16-20-12 markalı
9. Ammofos 10-33 markalı
10. Ammofos 10-36 markalı
Rusiya Federasiyasının ““Beres” Elm-İstehsalat Şirkəti” MMC şirkətinin istehsalı olan
11. Fulvoturşular və mikroelementlərlə Beres-8 Super Humat
12. Mikroelementlərlə universal Beres-4 Super Humat (ŞYT üçün)
13. Çiçəkli-dekorativ bitkilər üçün mikroelementlərlə Beres-4 Super Humat
14. Meyvəli-giləmeyvəli bitkilər üçün mikroelementlərlə Beres-4 Super Humat
15. Tərəvəz bitkiləri üçün mikroelementlərlə Beres-4 Super Humat
“UNİ Agro Azerbaijan” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Fipa Fidancılık Ekoloji Tarım Proje Danışmanlık San. Ve Tic. LTD. Şti.” şirkətinin istehsalı olan
16. Fipamax
17. Fipamin
18. Fipanatural
19. Chammix
20. Prolax 18-18-18+ME
21. Prolax 10-30-10 + ME
22. SulfomaxSC80
Fiziki şəxs Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Çin Xalq Respublikasının “Evergreen Agrochemical Co., LTD” şirkətinin istehsalı olan
23. İron Plus
“Humix” MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının “Humix” MMC şirkətinin istehsalı olan
24. Plantor
25. EXAMIN PLUS
26. Vigorroot 6-30-0+ME
27. AttrakCombi
28. K-ACTIV
29. Aminofort
30. Fastcal 3-6-11 (14CaO)+ME
31. Humix Potasol
32. AMİN+
33. Califert
34. Liquidnitro
35. HUMİX+
II. İlk dəfə qeydiyyata alınan pestisidlər
Fiziki şəxs Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Çin Xalq Respublikasının “Evergreen Agrochemical co., LTD” şirkətinin istehsalı olan
1. Parneo 70 WP
2. Captan 50%
3. Tilteks 250 EC
4. Bordo Lux
5. Astar 50 WP
Fiziki şəxs Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Hindistan Respublikasının “ MODERN İNSECTİCİDES LİMİTED” şirkətinin istehsalı olan
6. Amazon 2 DS
7. Astral 50 WP
8. Ziram Forte
9. Bi Plus
10. Prozamide 50 WP
III. Təkrar qeydiyyata alınan pestisidlər
Fiziki şəxs Əliyev Sabit Şahmar oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Ertar Kimya Tarim Ürünleri LTD. ŞTİ.” şirkətinin istehsalı olan
1. Octopus 40 EC
2. Matabele WG
3. Danua 50 WG
4. Voyage 50 WP
5. Northstar 40 EC
6. Ergamon SL
7. East Star 24 EC
“GBR Trade” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Agrobest Grup" şirkətinin istehsalı olan
8. Nibortem
9. Priority
“Ema" QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Ticarət T.A.Ş." şirkətinin istehsalı olan
10. Biella
11. Hekk-Gibb
12. Hekvidor Oil
13. Hektovet
Qeyd: Cəmi 58 adda preparat.
IV. Dövlət sınağının aparılması üçün göndərilən aqrokimyəvi maddələr
“Agrovita” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Doktor Tarsa Tarım Sanayi ve Ticaret A. Ş.” şirkətinin istehsalı olan
1. HYDROPONİCA MAGNESIUM SULPHATE (toz)
“Buta Traidinq” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “BİGCHEM BİOTECHNOLOGY KİMYA TARIM İNS TUR GİDA SAN. VE TİC. LTD. ŞTİ.” şirkətinin istehsalı olan
2. DROPFERT MAGNIT (kristal)
“Buta Traidinq” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “İFM TARIM HAYVANCILIK SAN. VE TİC.A.Ş.” şirkətinin istehsalı olan
3. ORGAGEL DESALT (maye)
4. ORGAGEL POTAS HUMAT (toz)
5. ORGAGEL SULPHUR (maye)
6. ORGAGEL 10.5.40+ME (toz)
7. ORGAGEL 10.30.10+ME (toz)
8. ORGAGEL 20.20.20+ME (toz)
“Modern Aqro” MMC-nin müraciətinə əsasən İspaniya Krallığının “Sustainable Agro Solutions, S.A.U" şirkətinin istehsalı olan
9. kryoss (maye)
10. osmoplant (maye)
11. sthenos (maye)
12. unibrot plus (maye)
“Agrovita” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “NOVİCHEM KİMYA ZİRAAT SAN. VE TİC. LTD. ŞTİ. " şirkətinin istehsalı olan
13. RAGU XXL (maye)
“F-G Kemistri” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının ПАО «Акрон» şirkətinin istehsalı olan
14. Аммоний кальций нитрат марка А Премиум (qranula)
“Xram Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Pileryum Tarım ve Gida San. Tic. Ltd. Şti.” şirkətinin istehsalı olan
15. PİLER-GİBB (maye)
16. RABAK Cu-oxy (maye)
17. POLİMET OKSİKLORÜR (kristal)
18. PİLER İRON (qranula)
V. Dövlət sınağının aparılması üçün göndərilən pestisidlər
“Agrico” MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının "Jadesheen Chemical Co., Ltd.” şirkətinin istehsalı olan
1. ABRADE 100 EC
2. PUGNA 69 EW
3. TORPADE 480 SL
4. SUNCOPPER 50 WP
5. SUNABERON 75 WG
“Agrovita” MMC-nin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının “Certis USA LLC” şirkətinin istehsalı olan
6. BotaniGard Optima ES
“Agrom” MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının “SELETEX LIMITED" şirkətinin istehsalı olan
7. ALLED (WP)
8. MANKOZEB (WP)
Vl. Dövlət sınağının aparılması üçün verilmiş feromon tələlər
“Avaz Group”un müraciətinə əsasən Rusiya Federasiyasının ФГБУ «ВНИИКР» şirkətinin istehsalı olan
9. QƏHVƏYİ-MƏRMƏR BAĞACIĞI ÜÇÜN DİSPENSER (FEROMON TƏLƏ)
Qeyd: Cəmi 27 adda preparat.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınmaması və dövlət sınağının aparılmaması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
I. Dövlət sınağının aparılmasına imtina verilmiş aqrokimyəvi maddələr (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
"Aqrobiocore" MMC - nin müraciətinə əsasən Rusiya Federasiyasının “Сахалинские гуматы” şirkətinin istehsalı olan
1. ГУМАТ КАЛИЯ «САХАЛИНСКИЙ» МАРКА ВР 20%
“Buta Traidinq” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “EvroXim-UKK” şirkətinin istehsalı olan
2. Kalium Xlorid qranula markalı
“AGRO SRT” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Bortech Tarım Sanayi ve Ticaret Anonim Şirketi” şirkətinin istehsalı olan
3. BORTECH
“Agrico” MMC-nin müraciətinə əsasən Belçika Krallığının “TESSENDERLO GROUP NV/SA” şirkətinin istehsalı olan
4. GranuPotasse
5. Solucros
“Xram Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Pileryum Tarım ve Gida San. Tic. Ltd. Şti.” şirkətinin istehsalı olan
6. BALLILEX
II. Dövlət sınağının aparılmasına imtina verilmiş pestisidlər (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“AQROSERVİS” MMM-in müraciətinə əsasən Türkiyə Respublikasının “ENTOSAV İlaçlama İnşaat Temizlik ve Hizmet İşletmeleri San. Tic. Ltd. Şti.” şirkətinin istehsalı olan
1. NANODAX
2. NATURASİN
3. TUTARİPS
4. PARSAV
Fiziki Şəxs Zəkiyev Kamil Əziz Ağa oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Clone Kimya Tarım Sanayi ve Tic.Ltd.Şti.” şirkətinin istehsalı olan
5. GREMEC 5 EC
6. MAKMAN 65 EC
7. MAKPLAN 20 SP
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “HEKTAŞ TİCARET TÜRK A.Ş.” şirkətinin istehsalı olan
8. Eclipso 35 WG
Qeyd: Cəmi 14 adda preparat.
III. Təkrar qeydiyyata alınmasına imtina verilən aqrokimyəvi maddələr (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“Agrokimya” MMC-nin müraciətinə əsasən İsveçrənin “Syngenta Crop prodection” şirkətinin istehsalı olan
1. İsabion
IV. Təkrar qeydiyyata alınmasına imtina verilmiş pestisidlər (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
Fiziki şəxs Əliyev Sabit Şahmar oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Ertar Kimya Tarim Ürünleri LTD. ŞTİ.” şirkətinin istehsalı olan
1. Masstonik (SL)
“Agrokimya” MMC-nin müraciətinə əsasən İsveçrənin “Syngenta Crop prodection” şirkətinin istehsalı olan
2. Axial 50 EC
3. Tilt 250 EC
4. Voliam targo 063SC
5. Pergado 65 WP
“Aqroservis” MMM-in müraciətinə əsasən Belçikanın “Arysta Lifescience Benelux SPRL” şirkətinin istehsalı olan
6. Proxanil 45 SC
“Ema” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Hektaş Ticarət T.A.Ş.” şirkətinin istehsalı olan
7. Lastpoint
8. Hektaş Tess
“Aqrokimya-Azərbaycan” MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının "Aqrokimya Azərbaycan” MMC şirkətinin istehsalı olan
9. Megasun 20 SP
10. Overlex 50 EC
11. Multivit SL
12. Megamix 8-64 WP
13. Selesta 15 EC
14. Legend 80 WG
15. Mustang 6 P
16. Cosmo 70 WP
17. Phonix 50 SC
18. Bluesky 150 SC
19. Marcus 250 EC
20. Galaxy 35 FS
21. Trendex 100 EC
22. Mirenca 80 WP
23. lbanez 250 EC
24. Alemana 65 EC
25. Sparkle 80 WP
26. Elision 48 SL
27. Deeproc 2 DS
28. Rotana WS
29. Melodyne 48 SL
30. Lorenzo 250 SC
31. Fiveplus WG
32. Token 50 WP
33. Ombre 240 EC
34. Tederin 4.7 OD (SC)
35. Rockstar 240 SC
36. Oxylibirum 240 EC
37. Matrix 5 SG
38. Falcon plus EW
39. Renumbra 500 SL
40. Ortega 350 SC
41. Delta Force 25 EC
42. Raptor 18 EC
43. Turbo 100 EC
44. Rockit 400 EC
45. Rhapsody 50 SL
46. Token 20 WP
47. Contra 5 WG
48. Ronin 50 EC
49. Halcyon 330 EC
50. Archer 20 WP
51. Hovermix SC
52. Capitano 5 WP
53. Ledrock 5 EC
54. Geregard 500 SC
55. Talinto 90 SP
V. Təkrar qeydiyyata alınmasına imtina verilmiş pestisidlər (təsiredici maddəsi qadağa siyahısına daxil edildiyinə görə)
Fiziki şəxs Əliyev Sabit Şahmar oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “Ertar Kimya Tarim Ürünleri LTD. ŞTİ.” şirkətinin istehsalı olan
1. Umbrella D
VI. İlkin qeydiyyata alınmasına imtina verilmiş aqrokimyəvi maddələr
“UNİ Agro Azerbaijan” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Fipa Fidancılık Ekoloji Tarım Proje Danışmanlık San. Ve.Tic.LTD.Şti” şirkətinin istehsalı olan
1. Meteor
Qeyd: Cəmi 58 adda preparat.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.