Profilaktik və texniki tədbirlərlə bağlı "1003-Çağrı Mərkəzi"nin fəaliyyətində qısa fasilə yaranacaq
22 Aprel 2022 15:15
Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aparılan profilaktik və texniki tədbirlər səbəbindən "1003-Çağrı Mərkəzi" 22 aprel saat 19.00-dan 20.00-a qədər 1 saat ərzində müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Müvəqqəti fasilə zamanı vətəndaşların müraciətləri info@afsa.gov.az vasitəsilə cavablandırılacaq. Müraciətçilər hər hansı sorğu ilə bağlı (055) 222 29 55 nömrəsi ilə də əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, "1003-Çağrı Mərkəzi" Agentliyin səlahiyyətlərinə aid vətəndaşlardan daxil olan məlumat, sorğu və şikayət xarakterli müraciətlərin qəbulu və operativ şəkildə cavablandırılmasına xidmət edir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş