Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
12 Oktyabr 2023 17:21

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
11 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Mingəçevir şəhərləri və Qazax rayonunda fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Məmmədov Aqil Çingiz oğlu |
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
2. |
Məmmədov Aydın Sədiyyə oğlu |
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Abbasov Abbas Ələmdar oğlu |
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Əliyev İsrail Adil oğlu |
Binəqədi rayonu, Xocəsən qəsəbəsi, M.Cəlal küçəsi |
İnzibati protokol tərtib edilib |
5. |
Məmmədov İmamyar Bibiqulu oğlu |
Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi |
İnzibati protokol tərtib edilib |
Mingəçevir şəhəri üzrə |
|||
6. |
Cəlilbəyli Cəlil Rəhim oğlu |
Bağlar Massivi 4 |
İnzibati protokol tərtib edilib |
7. |
Hacıyev Fərid Fuad oğlu |
Ş.İ.Xətai küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
8. |
Məcidov Qamət Əsəd oğlu |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
