Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
14 İyun 2023 14:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
13 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 7 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Əhmədov Habil Nüşrəvan oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
2. |
Əliyev İlham İsmayıl oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Cabbarov Mərhəmət Əzizağa oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi 6 |
İnzibati protokol tərtib edilib |
4. |
Əliyev Əliyəddin Alıxan oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
5. |
Şirinov İlham Telman oğlu |
Səbail rayonu, A.Abbaszadə küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
6. |
Hacıyev Yaşasın Bəhrəm oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyi |
İnzibati protokol tərtib edilib |
7. |
Mahmudov Akim Şəmistan oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.