Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
14 Noyabr 2023 11:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
13 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Əliyev Pərviz Akif oğlu |
Nizami rayonu, Q.Qarayev prospekti |
İnzibati protokol tərtib edilib |
2. |
Hüseynov Vüqar Sədrəddin oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi 67 |
İnzibati protokol tərtib edilib |
3. |
Baloğlanov Təvəkkül Şafiq oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi 321B |
İnzibati protokol tərtib edilib |
4. |
Quliyev Bəhruz Madər oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 32 |
İnzibati protokol tərtib edilib |
5. |
Atakişiyev Xaləddin Adışirin oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 42 |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
6. |
Səfərov Saməddin Rəhim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
7. |
Səfərov Balasət Rəhim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
8. |
İbayev Azad Əliş oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
Xırdalanda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Əmiraslanov Vasif Hidayət oğluna məxsus “Güvən Lahmacun” restoranında planlı yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, mətbəxdə və anbar sahəsində divarların asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin xüsusi ayrılmış yerdə saxlanmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, restoranın fəaliyyəti məhdudlaşdırılıb.
İstehlaka yararsız ət və subməhsullarının satışının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yarasız ət məhsulları və normativ hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlanıb. Baxış zamanı satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün ümumilikdə 171 kq ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Suraxanı rayonunda mərasim evinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Cəfər İbrahim oğluna məxsus “Yurd” mərasim evində plandankənar yoxlama keçirib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mətbəxdə döşəmə, divar, tavan səthlərinin təmirsiz olduğu və asan yuyulub təmizlənə bilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, tərəvəzlərin, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib. Baxış zamanı yarımzirzəmi sahədə qanunsuz şəkildə dovğa emalının həyata keçirildiyi məlum olub, lakin qablaşdırma materiallarının etiket məlumatlarında məhsulun istehsal ünvanının Beyləqan rayonunun Gödəklər kəndi, istehsalçının isə Əliyev Rizvan Arzuman oğlu olduğu qeyd edilib. Həmçinin soyuducuda qanunvericiliyə uyğun markalanması aparılmayan mayonez qablarında minimum keyfiyyət və təhlükəsizlik sənədləri olmayan 15 ədəd 10 kiloqramlıq qatıq məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.