Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
16 Oktyabr 2023 17:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
13 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göyçay, İsmayıllı, Şəmkir rayonlarında fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Vəliyev Maşallah Bəhrəm oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Həsənov Zakir İsmayıl oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Feyzullayev Zakir İsa oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
4. |
Cabbarov Saleh Valeh oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Göyçay rayonu üzrə |
|||
|
5. |
Əsgərov Famil Nadir oğlu |
Göyçay şəhəri, Ə.Kərimli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Qasımov Yalçın Asif oğlu |
Göyçay şəhəri, X.Natəvan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
İsmayıllı rayonu üzrə |
|||
|
7. |
Abdullayev Rəşad Nəriman oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şəmkir rayonu üzrə |
|||
|
8. |
Orucov Məhəmməd İdris oğlu |
Zəyəm qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
Biləsuvar rayonunda qanunsuz at kəsimi və satışının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı 77 XB 918 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilə baxış keçirib. Yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb. Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Əzizov Məlik Sabir oğluna məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Araşdırmalar davam etdirilir.
“Tənün” unlu məmulatların istehsalı obyektində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Xalıqov Vahid Rafiq oğluna məxsus “Tənün” unlu məmulatların istehsalı obyektində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb. Həmçinin unlu məmulatların istehsalı zamanı çarpaz çirklənmənin qarşısının alınması üçün zəruri şəraitin təmin edilmədiyi, divar və tavan səthlərinin tamlığının pozulduğu, ümumi mübadiləli havalandırma sisteminin qurulmadığı, soyuducu avadanlıqlarda korroziya əlamətlərinin müşahidə olunduğu, eləcə də müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin mütəmadi aparılmadığı müəyyən edilib. Aşkarlanan uyğunsuzluqlarla bağlı müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Qida obyektinin nöqsanlar aradan qaldırılanadək fəaliyyəti dayandırılıb. Eyni zamanda, hazır məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Narşərab emalı müəssisəsində yoxlama keçirilib
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərli Anar Həbib oğluna məxsus narşərab emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş