Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
16 İyun 2023 16:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
14 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Hüseynov Vüsal Yasir oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
2. |
Allahyarov Akif Canyar oğlu |
Səbail rayonu, Z.Yusifzadə küçəsi 24 |
İnzibati protokol tərtib edilib |
3. |
İsmayılov Rafiq Qardaşxan oğlu |
Səbail rayonu, 20-ci sahə dairəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Əliyev Şəhriyar Yaşar oğlu |
Səbail rayonu, 20-ci sahə dairəsi, Ö.F.Nemanzadə küçəsi 1 |
İnzibati protokol tərtib edilib |
5. |
Quliyev Vəli Zahid oğlu |
Səbail rayonu, 20-ci sahə dairəsi, E.Əzizov küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.