Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
19 Oktyabr 2023 12:09

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
17-18 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, Masallı, Qazax rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Adışov Məmi Təvəkkül oğlu |
Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar küçəsi |
İnzibati protokol tərtib edilib |
2. |
Nəsibov Nizami Əli oğlu |
Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Dadaşov Əli Nizami oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Cəlilov Rəşad Nazim Hikmət oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi |
İnzibati protokol tərtib edilib |
5. |
İsfəndiyarlı Ramin Akif oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
6. |
Həsənov Səttar Sərhad oğlu |
Xırdalan şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
7. |
Sadıqov Asim Vədad oğlu |
Xırdalan şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
8. |
Cəmilzadə Pərviz Zahid oğlu |
Xırdalan şəhəri, 28-ci məhəllə |
İnzibati protokol tərtib edilib |
Şamaxı rayonu üzrə |
|||
9. |
İslamov Məhəmməd Mehralı oğlu |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
10. |
İbrahimov Seymur Niftulla oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
11. |
Babayev Habil Oruc oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
12. |
Hacıyev Rafət Rauf oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
13. |
Balahəsənov Şalon Alı oğlu |
Qazax şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
14. |
Yusifov Mehman Nəsif oğlu |
Qazax şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kq olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.

Göygöldə "Dost" kafesində normativ tələblərin pozulduğu müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Balçılı kəndində fəaliyyət göstərən “Dost” kafesində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativ tələblərə cavab vermədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu və etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Emal sahəsində ayrıca yuma çanaqlarının təşkil edilmədiyi, havalandırma sisteminin təchiz edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin dönər hazırlanma sahəsində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq olunub və icrası məcburi göstərişlər verilib.

Masallıda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Masallı rayonu, Binə Xocavar-Təzə Alvadı yolunda fəaliyyət göstərən, fiziki şəxs Əliyeva Nuranə İmran qızına məxsus “Qartal” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, restoranda mətbəxin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.