Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
31 Avqust 2023 11:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
30 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Əliyev Rafiq Əlverdi oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
Qədirov Niyaməddin Möhlət oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dördyol dairəsi |
İnzibati protokol tərtib edilib |
|
Nəzərov Məzahir Əlsahib oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, X.Natəvan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Nəbiyev Rəşad Nəsir oğlu |
Suraxanı rayonu, Əmircan |
İnzibati protokol tərtib edilib |
Göygöl rayonu üzrə |
|||
|
Tanrıverdiyev Edvard Fərman oğlu |
Yeni Zod kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tərtər rayonu, Xoruzlu kəndində fəaliyyət göstərən pendir istehsalı sexində yoxlama keçirilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 18 may tarixində 11 ticarət və 39 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 11 ticarət və 38 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 17 may tarixində 12 ticarət və 28 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 12 ticarət və 28 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.