Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
28 Yanvar 2025 09:44
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 20-24 yanvar tarixlərində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Şəmkir rayonlarında fəaliyyət göstərən 18 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Nuruşov Ceyhun Əliköməy oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi 223 |
İnzibati protokol tərtib edilib |
|
|
Babayev Qulam Nəriman oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Şakir Əli oğlu |
Sabunçu rayonu, Şəhər şosesi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Alıyev Rövşən Qələndər oğlu |
Sabunçu rayonu, Şəhər şosesi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Abdullayev Hafiz İbrahim oğlu |
Sabunçu rayonu, Şəhər şosesi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Alıyeva Aygün Qələndər qızı |
Sabunçu rayonu, Şəhər şosesi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Alıyev Asif Qələndər oğlu |
Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Zabil Yusif oğlu |
Sabunçu rayonu, Sabunçu bazarı, “Kəngərli” ət mağazası |
İnzibati protokol tərtib edilib |
|
|
Ağamirzəyev Həmidağa Sərvər oğlu |
Sabunçu rayonu, Sabunçu bazarı, Ə.Məmmədəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Novruzov Qorxmaz Xanlar oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Lətifov Ramil Ramiz oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Nəsirov İlham Şamil oğlu |
Xəzər rayonu, Buzovna qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məhərrəmov Kamran Minəxan oğlu |
Xəzər rayonu, Şağan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Sadıqov Elşad Elman oğlu |
Xəzər rayonu, Şüvəlan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məhərrəmov Seymur Bibiqulu oğlu |
Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Lənkəran rayonu üzrə |
|||
|
|
Əsgərov Sərhad Məlik oğlu |
Lənkəran şəhəri, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Atəş Əhmədağa oğlu |
Lənkəran şəhəri, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şəmkir rayonu üzrə |
|||
|
|
Rzayev Rəşad Aydın oğlu |
Dəllər Cəyir kəndi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş