Qaxda fəaliyyət göstərən pivə zavodunda bir sıra nöqsanlar aşkarlanıb
25 İyul 2024 15:51
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qax şəhəri, Azərbaycan prospekti, ev 2F ünvanında fəaliyyət göstərən “Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkar edilib. Belə ki, müəssisədə istehsal edilən pivə məhsullarının doldurularaq satışa çıxarıldığı çəlləklərin üzərində etiket məlumatlarının (istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti, tərkibi və s.) qeyd olunmadığı müəyyən edilib. Həmçinin anbar sahəsində temperatur və rütubətin nəzarətdə saxlanılmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, istehsalat sahəsində səthlərin gigiyenik və yuyulabilən üzlüklə üzlənmədiyi, işçilərin gigiyenik təlimə cəlb olunmadığı və xüsusi geyim formasından (bone, əlcək və s.) istifadə etmədən çalışdıqları, məhsulların dövri olaraq laborator müayinələrə cəlb edilmədiyi aşkarlanıb.
Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Müəssisədə istehsalın və hazır pivə məhsulunun satışının dayandırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib.Həmçinin müəssisədə süzülmüş pasterizə edilməmiş pivədən nümunə götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Agentlik tərəfindən nöqsanların qanunvericiliklə müəyyən edilən qaydada aradan qaldırılması istiqamətində sahibkarlıq subyektinə dəstək göstərilib, maarifləndirmə işləri həyata keçirilib, peşəkar metodiki tövsiyələr verilib.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş