Qida istehsalında şəxsi gigiyena qaydalarına dair növbəti təlim təşkil olunub
15 Noyabr 2022 14:27
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Al Market” mağazalar şəbəkəsinin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda keçirilib.
Təlimdə iştirakçılara qida zəncirinin bütün mərhələlərində yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumat verilib. Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın önəmindən və təmizlik qaydalarından danışılıb. Qida istehsalı zamanı şəxsi gigiyena qaydalarına əməl olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Təlim zamanı şəxsi gigiyena ilə əlaqədar aparılmış tədqiqatların nəticələrinə dair görüntülər də nümayiş etdirilib. Eyni zamanda, təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.
Təlimdən sonra iştirakçılar nümunəvi ictimai-iaşə müəssisəsinin fəaliyyəti, o cümlədən orada gigiyena qaydalarına əməl edilməsi vəziyyəti ilə tanış olublar.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş