Qida məhsullarının daşınması və çatdırılması tələbləri ilə bağlı sahibkarlarla növbəti görüş keçirilib
4 Oktyabr 2023 16:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai iaşə müəssisələrinin nümayəndələri ilə “Qida məhsullarının daşınması və çatdırılması zamanı təhlükəsizliyə dair tələblər” mövzusunda növbəti görüş keçirilib.
Görüşdə qida məhsullarının daşınması və çatdırılması zamanı təhlükəsizliyi təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə daşınmanın zəruriliyi, həmçinin bu fəaliyyətin qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun şəkildə həyata keçirilməsi ilə bağlı məlumatlar diqqətə çatdırılıb. İştirakçılara qida məhsullarının texniki normativ hüquqi aktların tələblərinə uyğun xüsusi avadanlıqlarla daşınması, gigiyena qaydalarına riayət edilməsi, daşınma prosesində iştirak edən əməkdaşların sağlam olması və gigiyenik təlimlərə cəlb edilməsi ilə bağlı məlumatlar verilib. Bildirilib ki, qida məhsullarının daşınması və çatdırılması xüsusi olaraq nəzərdə tutulmuş, gigiyenik və temperatur rejimi tələblərini təmin edən vasitələrlə həyata keçirilməlidir.
Görüş zamanı ictimai iaşə müəssisələrinin qida məhsullarının daşınması və çatdırılması zamanı məsuliyyətli olmaları, yalnız qida təhlükəsizliyi qeydiyyatına alınmış daşıyıcı şirkətlərlə əməkdaşlıq etmələri, həmçinin qida məhsullarının hazırlanması zamanı qeydiyyatdan keçmiş obyektlərdə istehsal olunmuş qida xammalından istifadə olunması bir daha nəzərə çatdırılıb.
Sonda ictimai iaşə müəssisələrinin fəaliyyətini tənzimləyən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar barədə praktiki izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş