Qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib
1 Avqust 2025 15:45
Qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların suallarının cavablandırılması, qarşıya çıxan məsələlərin həlli və sahibkarların bu sahədə səmərəli fəaliyyətinin təşkili ilə bağlı onlayn formatda bu gün görüş keçirilib.
Görüş zamanı yüksək risk qrupuna aid məhsulların idxalı qaydaları, qeydiyyat tələb olunan məhsullar, idxal zamanı tələb olunan sənədlər, idxal olunan məhsulların gömrük sərhəddindən keçidinin səmərəli təşkili mövzuları ilə bağlı müzakirələr aparılıb.
Müzakirə zamanı təkrarlanan sənədlərə dair səsləndirilən suallarla bağlı qida və yem məhsulunun növündən asılı olaraq tələb olunan sənədlər barədə məlumat bir daha sahibkarların diqqətinə çatdırılıb.
Həmçinin sahibkarların yüklərin gömrük sərhəddindən səmərəli keçidinin təşkili ilə bağlı müraciətləri dinlənilib və səsləndirilən təkliflərlə bağlı sahibkarlara dəstəyin göstərilməsi üçün Agentliyin aidiyyati struktur bölmələrinə tapşırıq verilib.
Konstruktiv formatda keçən görüş zamanı sahibkarları maraqlandıran digər suallar cavablandırılıb və onların qaldırdığı məsələlərin həlli istiqamətində təkliflər verilib.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qida təhlükəsizliyinin 7 qızıl qaydası: HACCP prinsipləri
Qida məhsullarının təhlükəsizliyi müəssisələr üçün həm sağlamlıq, həm də etibar məsələsidir. HACCP-in 7 qızıl prinsipi bunun təmin olunmasının ən etibarlı yoludur.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş