Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib
28 Dekabr 2024 13:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən media subyektlərinin nümayəndələri üçün növbəti təlimlər təşkil edilib.
Təlimlər AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən əsas istiqamət kimi aparılan maarifləndirmə xəttinin davamı olaraq jurnalistlərin Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, onların qida təhlükəsizliyi ilə bağlı biliklərinin və bu sahə üzrə peşəkarlıqlarının artırılması, həmçinin ictimai nəzarətin gücləndirilməsi məqsədilə keçirilib.
20-yə yaxın jurnalistin iştirak etdiyi təlimlər çərçivəsində çıxış edən AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov bildirib ki, Agentlik tərəfindən ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin olunması, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə maarifləndirmə işinə, o cümlədən də təlimlərin təşkilinə xüsusi diqqət yetirilir. M.Nəcəfov həyata keçirilən tədbirlər çərçivəsində qida sahəsində istehlakçı hüquqlarını qorumaq və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı vətəndaş şikayətlərini operativ şəkildə qəbul etmək məqsədilə yaradılan "E-Qidam" mobil tətbiqinin də faydalı olacağına əminliyini ifadə edib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev isə Agentliyin qida təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdiyini önə çəkib. Bu istiqamətdə ictimai nəzarətin təmin edilməsində media nümayəndələrinin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra jurnalistlər üçün qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlimlər keçirilib. İştirakçılara HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri), halal sertifikatlaşma və “Ulduz-reytinq” layihəsi barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki sağlamlığı, o cümlədən bitki mühafizə vasitələrindən istifadə, eləcə də heyvandan insana keçən zoonoz xəstəliklər və heyvanlar arasında epizootoloji vəziyyətin stabil saxlanması barədə məlumatlandırılıb. Təlimlər zamanı müvafiq mövzularla bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Sonda media subyektlərinin nümayəndələrinə təlimlərdə iştiraka görə sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş