Qoşqar Təhməzli çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
21 Noyabr 2024 17:12
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftənin IV günü Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul gələn həftənin IV günü, noyabrın 28-i saat 15:30-da çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər. Bu çərçivədə bu gün ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və sair sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün AQTA-nın inzibati binasında qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib. Qeyd edək ki, Q.Təhməzli bundan əvvəl süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, eləcə də unlu qənnadı məmulatlarının və yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib.
Toni Holohan: AQTİ laboratoriyaları müasir tələblərə cavab verir
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) laboratoriyalarında istifadə olunan avadanlıqlar müasir tələblərə cavab verir”. Bu barədə COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib. “AQTİ laboratoriyaları müasir tələblərə cavab verir. İstər heyvan əti üzərində, istərsə də tərəvəzlər üzərində aparılan testlər standartlara uyğundur. Əslində bu mövzu COP gündəmini əhatə edir. Çünki toplaşdığımız bu tədbir həm də bütün canlıların, o cümlədən insan sağlamlığının qorunmasını özündə ehtiva edir”, - deyə Toni Holohan əlavə edib. İrlandiyalı mütəxəssis tədbir barəsində fikirlərini də bölüşüb: “Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edirəm. Ümid edirəm burada müzakirə etdiyimiz məsələlər gələcəkdə planetimizi daha da təhlükəsiz edəcək”.
Çadia Vannu: “AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir”
“AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir” Bu fikirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baxış keçirərkən deyib. O, Azərbaycanda bu sahədə həyata keçirilən iş mexanizmləri və yeniliyin qlobal səviyyədə öyrədilməsi və tətbiqinin olduqca vacib olduğunu bildirib. “İki gün ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bizə öz iş mexanizmlərini geniş izah edib göstərdilər. Həqiqətən mükəmməl sistemlə öz işlərini görürlər və biz də bir çox yeni təcrübələr öyrəndik, öz təcrübələrimizi bölüşdük“ Çadia Vannu əlavə edib ki, AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir. “Hiss olunur ki, laborator analizlər peşəkar əməkşdalar tərəfindən icra olunur. Burada hər növ qida-ət, toyuq məhsulu, tərəvəzləri müasir üsullarla test etmək mümkündür”.