
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

19 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.

Bakıda təşkil edilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminarın iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olublar.

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

Bakıda təşkil olunan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminar bu gün yekunlaşıb.

18 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Əhməd oğluna məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.

17-18 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, Masallı, Qazax rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

17 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında növbəti onlayn görüş olub.