
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəmkirdə fəaliyyət göstərən alkoqolsuz içki istehsalı müəssisəsində keçirilmiş plandankənar yoxlama zamanı sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Daha əvvəl keçirilən görüşlərin davamı olaraq, bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların müraciəti əsasında bu sahədə fəaliyyət göstərən bir qrup idxalçı şirkətlərin nümayəndələri ilə AQTA-da görüş baş tutub.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baytarlıq Komissiyasının İş planının icrası üzrə Texniki Komitənin 3-cü onlayn iclası keçirilib. Ölkəmizin sədrliyi ilə hibrit formatda keçirilən iclasda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və komitəyə üzv dövlətlərin nümayəndələri iştirak edib.

Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub.

Mediada yayılmış videogörüntülər əsasında Bakı şəhərində fəaliyyət göstərən “Biblioteka” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulan qida məhsullarıdır. Tərkibləri qidalandırıcı, fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrdən ibarətdir.

2024-cü il 1-5 iyul tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Şamaxı, Qazax, Tovuz rayonlarında fəaliyyət göstərən 41 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə istehsal edilən və idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.