
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti” və “Zoomühəndislik” fakültələrinin sonuncu kurs tələbələri ilə görüş keçirib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbərliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edib.

AQTA tərəfindən ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması məqsədilə innovativ həllər və müasir texnologiyaların tətbiq edilməsi ilə AQTİS üzərindən heyvanların və məhsulların elektron izlənmə sistemi yaradılıb.

Cari ilin 26 fevral – 1 mart tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən xaricdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsi davam etdirilir.

Samux rayonunda fəaliyyət göstərən “Qara-Çanaq” alkoqollu içkilərin istehsalı müəssisəsində keçirilən yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu biotəhlükəsizlik sahəsində laboratoriya sisteminin inkişafının təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Həyata keçirilən tədbirlərin davamı olaraq Şəmkir rayonunda AQTİ-nin yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası qurulub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müavini Normunds Smit arasında görüş keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərinin cəlb olunması ilə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması istiqamətində tədbirləri davam etdirir.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva da Agentliyin “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub. V.Andreyeva kampaniyaya dəstək olaraq etdiyi videomüraciətdə vurğulayıb ki, şəkərin normadan artıq qəbul olunması insanların sağlamlığı üçün təhlükə yaradır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasına gənclər üçün infotur təşkil olunub. AQTİ-nin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən infoturda həmin bölgədən olan gənclər istirak edib.