Sahibkarlar üçün HACCP təlimi keçirilib
21 İyun 2025 12:01
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün məlumat xarakterli HACCP təlimi təşkil edilib. Təlimdə iştirakçılara HACCP sisteminin mahiyyəti, tətbiq prinsipləri və bu sistemin müəssisələrə qazandırdığı üstünlüklər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir.
HACCP sistemi məhsulun dolayı yolla keyfiyyətin artırılmasında deyil, məhsulun təhlükəsizliyini təmin etməklə birbaşa keyfiyyətinin artırılmasına üstünlük verir. Bu sistemin tətbiqi “Qida Təhlükəsizliyi haqqında” qanunla tənzimlənir. Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur.
Təlim zamanı vurğulanıb ki, HACCP prinsipləri özündə qida məhsullarının istehsalında risk əsaslı yanaşmaya üstünlük verir. Bu da məhsulun standart keyfiyyətdə istehsalı hesabına birbaşa satış və gəlirliliyi artırır, ixrac potensialının yaranmasına şərait yaradır. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı bilik səviyyəsi dəyərləndirilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş