-
Respublikanın baş dövlət baytarlıq müfəttişi tərəfindən verilmiş Qərarlar
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən epizootik sağlamlıq statusu bərpa olunan ərazilərə dair məlumat (18 yanvar 2024)
- Dünyadakı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatı (fevral 2024-cü il)
- Dünyadakı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatı (mart 2024-cü il)
- Kəsim məntəqələri
- Baytarlıq tələbləri
- Preparatların dövlət qeydiyyatı
- Baytarlıq qərarları
- Nəzarət tədbirləri
- Xəbərlər
Sahibkarların nəzərinə: Qida və yem məhsullarının qeydiyyatı zamanı sənədlərin ekspertizası üçün AQTİ-yə müraciət etmək lazımdır!
4 Oktyabr 2024 16:33
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) bioloji aktiv qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) və GMO-lu yem məhsullarının, təbii mineral suların, qida və yem əlavələrinin və yeni növ qida məhsullarının qeydiyyatını aparmaq istəyən sahibkarlara müraciət ünvanlayıb.
Bildirilir ki, adıçəkilən məhsulların qeydiyyatı zamanı ekspertiza üçün tələb olunan sənədlər və laborator müayinələr aparmaqdan ötrü lazım olan nümunələr AQTİ-yə təqdim edilməlidir. Sahibkarlar bu barədə daha ətraflı məlumata sahib olmaq və maraqlandıqları suallara cavab almaq üçün (012) 377-00-20 (daxili:453) nömrəli telefona zəng edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sözügedən məhsulların qeydiyyatını həyata keçirir. Agentlik tərəfindən qeydiyyata alındıqdan sonra bu məhsulların ölkə ərazisində istehsalına, emalına, idxalına və dövriyyəsinə icazə verilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qeydiyyatın aparılmasında məqsəd istehsal, emal və satış prosesindən əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyənləşdirilməsindən ibarətdir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş